Yuxarı

Avropa Oyunları Parisdə - Foto

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa Oyunları Parisdə - Foto

Parisdə I Avropa Oyunlarının möhtəşəm açılış mərasiminin nümayişi keçirilib.

Axar.az xəbər verir ki, Bakı-2015 I Avropa Oyunlarının açılış mərasimini "Equipe21" kanalı vasitsi ilə canlı izləmək üçün Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa Nümayəndəliyi və Azərbaycanın Fransadakı səfirliyi tərəfindən 60-dan artıq parisli Azərbaycan Mədəniyyət Mərkəzinə dəvət edilib.

Mərasimdən sonra Azərbaycan mətbəxinin nümunələrindən ibarət ziyafət keçirilib.

İzləyicilər arasında Parisdə akkreditə olunmuş xarici diplomatlar, Fransa Milli Olimpiya və İdman Komitəsinin nümayəndələri, "TOTAL", "Bouygues Construction" və "Galeries Lafayette" kimi məşhur Fransa şirkətlərinin təmsilçiləri və Azərbaycan diasporasının fəalları olub.

Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Azərbaycanın Fransadakı səfirliyinin birinci katibi Ayaz Qocayev və TEAS-ın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Marie-Laetitia Gourdin qitənin bütün ölkələrini təmsil edən idmançıların iştirakı ilə Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsinin tarixi əhəmiyyətini vurğulayıblar. Bu, idmanın ümumbəşəriliyini və birləşdirən bir qüvvə olaraq gücünü göstərir.

Bakı-2015 açılış mərasiminin gözəlliyindən heyrətə gələn tamaşaçılar bir neçə dəfə xüsusilə, Avropa qitəsi üzərində Avropa və buğanın keçməsi alleqoriyasını alqışlarla qarşılayıblar. Bu, qitənin coğrafi cəhətdən birliyini və Azərbaycanın Avropa qitəsinə məxsusluğuna işarə idi.

Tarix
2015.06.16 / 14:24
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

Əli Əsədov Gürcüstana gedir

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

Əliyevdən Ərdoğana: Sınaqlardan çıxmış əsl dostluq...

İlham Əliyev Ərdoğana məktub göndərdi

Ceyhun Bayramov Türkiyəyə getdi

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla