Bu gün Avropa Oyunlarında
boks yarışlarının növbəti görüşləri keçiriləcək.
Axar.az xəbər verir ki, bu gün 5 boksçumuz növbəti mərhələ
uğrunda mübarizə aparacaq.
Kişilər arasında 56 kq çəki dərəcəsində Tayfur Əliyev 1/8
finalda rumıniyalı Nikolay Andreyna ilə görüşəcək. Qarşılaşma saat
15:00-da başlayacaq.
81 kq çəki dərəcəsində ötən gün inamlı qələbə qazanan Teymur
Məmmədov 1/8 finalda polşalı Yordan Kulinski ilə görüşəcək.
Qarşılaşma saat 21:15-də start götürəcək.
+91 kq çəki dərəcəsində Məhəmmədrəsul Məcidov da 1/8 finalda
gürcü Mixail Baxtidze ilə üz-üzə gələcək. Görüşün start fiti saat
21:45-də veriləcək.
Qadınlar arasında 51 kq çəki
dərəcəsində Anaxanım Ağayeva 1/8 finalda polşalı Sandra Drabiklə
üz-üzə gələcək. Qarşılaşma 13:30-da başlayacaq.
75 kq çəki dərəcəsində Leyla
Cavadova 1/8 finalda rus Yaroslava Yakuşina ilə görüşəcək. Rəqiblər
saat 19:00-da üz-üzə gələcəklər.
13:19
Anaxanım Ağayeva 1/8 finalda polşalı Sandra Drabiklə üz-üzə
gəlir.
13:29
Ağayeva rəqibinə 3-0 məğlub olub.
15:06
Tayfur Əliyev 1/8 finalda rumıniyalı Nikolay Andreyna ilə
görüşür.
15:19
Əliyev rəqibinə 3-0 qalib gələrək 1/4 finala yüksəlib.
***
Tayfur Əliyev 1/4 finalda danimarkalı Yensen Frederiklə
görüşəcək. Qarşılaşma iyunun 22-də 14:00-da baş tutacaq.
19:05
75 kq çəki
dərəcəsində Leyla Cavadova 1/8 finalda rus Yaroslava Yakuşina ilə
görüşür.
19:16
Cavadova Yakuşina ilə görüşdə 2-0 məğlub oldu.
21:15
81 kq çəki dərəcəsində ötən gün inamlı qələbə qazanan Teymur
Məmmədov 1/8 finalda polşalı Yordan Kulinski ilə görüşür.
21:33
Teymur Məmmədov
1/8 finalda polşalı Yordan Kulinskini 3-0 hesabı ilə məğlub
etdi.
21:44
+91 kq çəki
dərəcəsində Məhəmmədrəsul Məcidov da 1/8 finalda gürcü Mixail
Baxtidze ilə üz-üzə gəlir.
22:00
Məcidov da 1/8
finalda gürcü Mixail Baxtidze ilə görüşdə qalib gəldi.
Təmsilçimiz rəqibindən aşkar üstün oldu 3-0.