Yuxarı

Bakı-2015-in açılışı barədə ən maraqlı faktlar - Foto

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-2015-in açılışı barədə ən maraqlı faktlar - Foto

Azərbaycanda keçirilən ilk Avropa Oyunlarının möhtəşəm açılış mərasimi haqqında bir sıra maraqlı faktlar məlum olub.

Buro247-nin verdiyi məlumata görə, mərasimin təşkilinə 28 ölkədən 300-dən çox yaradıcı heyət və 34 ölkədən min nəfər cəlb olunub.

Musiqinin 75%-dən çoxu Azərbaycan bəstəkarlarının əsərləri və ya yerli klassik, xalq mahnıları üstündə qurulub.

20-ci əsrin 3 görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirovun mahnıları səsləndirilib.

Açılış mərasimində stadionun quraşdırılması 3 aya başa gəlib, lakin stadionu iyunun 21-22-də keçiriləcək atletika yarışlarına hazır etmək üçün bu mexanizm üç gün ərzində sökülüb.

Rəqqasələrin paltarlarının ətəkləri 16 min kvadrat metr parçadan tikilib. Bu, 13 Olimpiya üzgüçülük hovuzu boyda parça deməkdir. Hər ətək məxsusi olaraq səhnədəki yerinə görə işlənib.

Açılış mərasiminin "Miniatür bağı" adlanan hissəsində Nizami Gəncəvinin "Xəmsə"sindən ən yaddaqalan səhnələr 300 nəfər iştirakı ilə nümayiş olunub.

Səhnə halqasının çevrəsinin uzunluğu 240 metrdir. Dekorasiyalar 200 lyuk vasitəsilə səhnəyə qaldırılır. Dağ 16 metr hündürlüyə qədər ucalır. Dağı yaratmaq üçün 52 liftdən istifadə edilir. Petroqliflər 800 metrlik gizli LED lampaları ilə yaradılır.

Novruz bayramını simvolizə edən səhnədə çatların arasında peyda olan "Xəzər dənizi"nin sahəsi 450 kv/m, suyun həcmi isə 18 min litrdən ibarət idi.

Birinci Avropa Oyunlarının Açılış mərasimində 2 mindən çox işıqlandırıcı avadanlıqdan, 12 mindən çox telefon qulaqcığından və 180 mindən çox təkrar istifadəyə yararlı batareyadan istifadə ediblər.

Stadionun üstündən ümumi uzunluğu 250 m, yükgötürmə qabiliyyəti 7,5 ton olan xətlər çəkilib. Mərasimdə ümumi uzunluğu 110 km olan elektrik xəttindən və 12 meqavat gücündə generatordan istifadə edilir. Səs sistemi üçün 800 mikrofondan və ümumi uzunluğu 25 km olan kabeldən istifadə edilir.

Mərasimin keçirilməsi üçün 20 ölkədən yüklə dolu 500-dən çox yük avtomobili gəlib, hava nəqliyyatı ilə 100 ton yük daşınıb.

12 min 500 "Alovqoruyan" 30 müxtəlif iş üzrə 124 vəzifə icra edirlər. Gilan Tekstil Parkı Alovqoruyanlar üçün 110 min ədəd geyim elementi istehsal edib.

2 mindən çox könüllünün əksəriyyəti azərbaycanlıdır, lakin 17 müxtəlif ölkədən də nümayəndə könüllü qismində iştirak edir. Onlar 600-dən çox təlim məşqindən keçiblər.

Tarix
2015.06.19 / 16:39
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Kiyevdəki səfirliyimizi ziyarət etdi - Foto

Xatirələrin kəndi: Sarıbaşdan qayıda bilmədim - Video

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi - Bayramov

Azərbaycanın ABŞ-dakı səfiri senatorla görüşdü - Foto

Səidə Bəkirqızına qarşı məhkəmə - Qərar elan edildi

Ceyhun Bayramov Budanovla görüşdü

Azərbaycan da mövqeyini dəyişəcək - Çepa

Rusiya və Ermənistan arasında kritik telefon danışığı

XİN-dən bu ölkə ilə bağlı paylaşım

Azərbaycan və Ukrayna XİN başçıları görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla