Yuxarı

Gimnastlarımızdan uğursuz nəticə - Yeniləndi

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gimnastlarımızdan uğursuz nəticə - Yeniləndi

19:29

Bu gün I Avropa Oyunları çərçivəsində növbəti yarışlar keçirilir.

Axar.az xəbər verir ki, Milli Gimnastika Arenasında kişi və qadınların batut gimanstikası üzrə sinxronlaşdırılmış təsnifat mərhələsinə start veriləcək.

Hər iki qrup üzrə həmyerlilərimiz yarışacaq.

Kişilərin yarışında İlya Qrişunin və Oleq Piunov, qadınların yarışında isə Svetlana Makştarova və Sabina Zaitseva mübarizə aparacaq.

Qadınların yarışında 10, kişilərin yarışında isə 11 cütlük meydana çıxacaq.

19:37

Milli Gimnastika Arenasında kişi və qadınların batut gimanstikası üzrə sinxronlaşdırılmış təsnifat mərhələsi davam edir.

Həmyerlilərimiz Svetlana Makştarova və Sabina Zaitseva çıxış etdi. İkinci sırada meydana çıxan idmançılarımız 38,900 xal toplayaraq cədvəldə liderliyi ələ aldı.

Yarışlar davam edir.

20:12

Milli Gimnastika Arenasında qadınların batut gimanstikası üzrə sinxronlaşdırılmış ilk təsnifat mərhələsi başa çatıb.

Yüksək səviyyədə çıxış edən həmyerlilərimiz Svetlana Makştarova və Sabina Zaitseva hakimlər tərəfindən 38,900 xalla qiymətləndirilib. Bu göstərici ilə komandamız 5-cü pillədə qərarlaşıb.

Milli Gimnastika Arenasında kişilərin batut gimanstikası üzrə sinxronlaşdırılmış ilk təsnifat mərhələsi də başa çatıb.

İlya Qrişunin və Oleq Piunovdan ibarət qrup 36,000 xal toplayaraq 11 komanda arasında sonuncu yeri tutub.

20:51

Batut gimnastikasında yarışlar sona çatdı.

Qadınlar arasında sinxron hərəkətlər üzrə millimiz ümumilikdə 43,800 xal topladı. Bu nəticə ilə komandamız finala vəsiqəni təmin edə bilmədi.

21:00

Batut gimnastikası üzrə kişilərin təsnifat mərhələsində mübarizəsi sona çatdı.

Kişilər arasında sinxron hərəkətlər üzrə milli komandamız da finala vəsiqə qazana bilmədi.

54,400 xal toplayan həmyerlilərimiz 9-cu yerlə kifayətləndi.

Tarix
2015.06.19 / 21:00
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla