Bu gün Milli Gimnastika
Arenasında idman gimnastikası üzrə final görüşləri
keçiriləcək.
Axar.az xəbər verir ki, kişi və qadınların yarışında hər növdə 6
ölkənin idmançıları yarışacaq.
Kişilər arasında paralel qollar final görüşündə isə həmyerlimiz
Oleq Stepko medal qazanmaq üçün meydana çıxacaq. Bundan başqa
həmyerlimiz dayaqla tullanma və gimnastika atı və həlqələr üzrə
final yarışında mübarizə aparacaq.
Qadınların yarışında isə həmyerlilərimiz finala vəsiqə qazana
bilmədikləri üçün iştirak edə bilməyəcəklər.
***
16:39
İdman gimnastikası üzrə kişilər arasında sərbəst hərəkətlər
yarışlarının qalibi bəlli olub.
İspaniya təmsilçisi Zapata Santana 15,333 xal toplayaraq I
Avropa Oyunlarının qızıl medalını qazanıb.
İkinci yeri 15,100 xalla 27 yaşlı Almaniya təmsilçisi Fabian
Hambuexen tutub. Bürünc medalı isə 1500 xalla Rusiya idmançısı
David Belyavski qazanıb.
***
İdman gimnastikasında final yarışları davam edir.
Qadınlar arasında keçirilən dayaqla tullanma yarışlarının
qalibləri məlum olub.
İsveçrəli idmançı Giulia Steinqruber 14,999 xalla bütün
rəqiblərini qabaqlayaraq Avropa Oyuunlarının qızıl medalını
qazanıb. Gümüş medalı isə Rusiya idmançısı, əslən erməni olan Seda
Tutxalyan qazanıb. O, 14,683 xal toplaya bilib. Bürünc mmedalın
sahibi isə Hollandiya idmançısı olub. 18 yaşlı Lisa Top 14,016 xal
toplayaraq turniri üçüncü başa vurub.
16:55
İdman gimnastikası üzrə kişilər arasında keçirilən gimnastika
atı yarışlarının qalibləri məlum olub.
Qızıl medalı 14,966 xalla lovakiya idmançısı Saso Bertonlej
qazanıb. Turnirin gümüş medalını isə həmyerlimiz Oleq Stepko
qazanıb. Idmançımız 14,600 xallıq nəticə göstərərək Avropa
Oyunlarının gümüş medalına sahiblənib.
Üçüncü yeri isə Böyük Britaniya idmançısı qazanıb. Brinn Bevan
14,200 xal toplayaraq bürünc medalla kifayətlənib.
***
İdman gimnastikası yarışlarında kişilərin halqalar üzrə
mübarizəsində qalib adlar bəlli olub.
Qızıl medalı yunanıstanlı Petrounias Eleftherios qazanıb. O,
15,633 xal toplayaraq oyunların qızıl medalını qazanıb. Ikinci yeri
isə rusiyalı gimnast Nikita İqnatyev qazanıb. Bürünc medalı isə
türkiyəli idmançı İbrahim Çolak qazanıb. Həmyerlimiz Oleq Stepko
göstərdiyi nəticə ilə 4-cü olub.
17:55
İdman gimnastikası yarışlarında qadınlar arasında müxtəlif
hündürlüklü qollar üzrə I Avropa Oyunlarının qalibləri məlum
olub.
Qızıl medalı gözlənildiyi kimi, olimpiya oyunlarının qalibi,
rusiyalı idmançı Aliya Mustafina qazanıb. O, 15,400 xal toplayaraq
bütün rəqiblərini geridə qoyub. İkinci yeri isə 15,200 xalla
almaniyalı gimnast Sofie Şeder qazanıb. Rumıniya idmançısı İridon
Andrea 12,800 xalla bürünc medalı qazanıb.
18:27
İdman gimnastikası
yarışlarında kişilər arasında dayaqla tullanma üzrə qaliblər məlum
olub.
Ukrayna təmsilçisi Oleq Vernyayev bütün rəqiblərini qabaqlayaraq
15,266 xalla I Aropa Oyunlarının qızıl medalına layiq görülüb.
Hollandiya təmsilçisi Kasimir Şmidt isə 15,116 xallıq nəticə ilə
gümüş medalı qazanıb. Həmyerlimiz Oleq Stepko isə üçüncü olub. O,
14,966 xalla bürünc medalı qazanıb.
Xatırladaq ki, Stepko bununla da medal sayını ikiyə
çatdırıb.
***
İdman gimnastikası yarışlarında qadınlar arasında gimnastika
tiri üzrə qaliblər məlum olub.
Hollandiyalı xanım idmançı Lieke Vevers 14,200 xal toplayaraq
turnirin baş mükafatını qazanıb. Rumıniyalı gimnast İridon Andrea
14,000 xalla ikinci olub. Bürünc medal isə İsveçrəyə gedəcək. Bu
ölkənin gimnasdtı Giulia Steinqruber 13,700 xal toplaya bilib.
19:37
İdman gimnastikası yarışlarında kişilər arasında paralel qollar
üzrə qaliblərin adı bəlli olub.
Həmyerlimiz Oleq Stepko 15,733 xalla I Avropa Oyunlarının qızıl
medalını qazanıb. Bununla da idmançımız medalların sayını 5-ə
çatdırıb.
İkinci yeri 15,700 xalla Rusiya idmançısı David Belyavskiy
qazanıb. Bürünc medalı isə 15,600 xalla Rumıniya idmançısı Marius
Berbekar qazanıb.
***
İdman gimnastikası yarışlarında qadınlar arasında sərbəst
hərəkətlər üzrə qaliblər məlum olub.
İsveçrə idmançısı Giulia Steinqruber 14,266 xalla fəxri kürsünün
ən yüksək pilləsini tutub. Rusiyalı gimnast Aliya Mustafina cüzi
fərqlə - 14,200 xalla ikinci olub.
Bürünc medalı isə 13,800 xalla Hollandiya təmsilçisi Lieke
Vevers qazanıb.
20:02
İdman gimnastikası üzrə kişilər arasında turnik yarışlarının
qalibləri bəlli olub.
Almaniya təmsilçisi Fabian Hambuexen 15,533 xal toplayaraq I
Avropa Oyunlarının qızılı medalını qazanıb. 15,366 xal toplayan
Yunanıstan idmançısı Maras Vlasios gümüş, Rusiya gimnastı Nikita
İqnatyev 15,166 xal toplayaraq bürünc medalı qazanıb.
Bununla da İdman gimnastikası yarışlarına yekun vurulub.