Yuxarı

“Qardaşım da, mən də erməni ilə üz-üzə gəldik...”

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qardaşım da, mən də erməni ilə üz-üzə gəldik...”

Avropa Oyunlarında sərbəst güləşdə medal qazanan idmançılardan biri də Hacı Əliyevdir. O, 61 kq çəki dərəcəsində çıxış edib və oyunların bürünc medalını qazanıb.

Dünya və Avropa çempionumuz Avropa Oyunlarında erməni idmançı üzərində qələbəsi ilə də rəğbət qazanıb.

Güləşçi Axar.az-a müsahibəsində erməni idmançını məğlub etdiyi üçün çox sevindiyini dilə gətirib:

- Avropa Oyunlarında sizdən qızıl medal gözlənilirdi, amma bürünclə kifayətlənməli olduq...

- Düzdür, çoxları məndən qızıl gözləyirdi. Elə mən özüm də hər bir idmançı kimi qızıl medal qazanmaq məqsədi ilə döşəyə çıxmışdım. Təəssüf ki, bu alınmadı. Amma bürünc medalı da yaxşı nəticə saymaq olar, məncə. Sevinirəm ki, medalsız qalmadım.

- Açıqlamanızda məğlubiyyətə səbəb kimi qidadan zəhərlənməyinizi göstərmisiz...

- Düzdür, alınmamasının bir səbəbi də qidadan zəhərlənməyim oldu. Bundan əlavə, sağlamlığımda müəyyən problemlər var idi. Xüsusən də dizimdə zədəm var. Ona görə də taqətim qalmamışdı, güləşməyə gücüm yox idi. Buna görə də yarımfinalda rus idmançıya məğlub oldum.

- Siz və qardaşınız Yaşar Əliyev qızıl medal qazana bilmədiz. Amma hər ikinizin erməni rəqib üzərində qələbəniz bizi sevindirdi (Hacı Əliyev 1/8 finalda Volodya Franqulyana heç bir şans verməyib - 7:0. Qardaşı Yaşar Əliyev 57 kq çəki dərəcəsində 1/4 final görüşündə ermənistanlı Qarik Barseqyanı üstələyib).

- İkimiz də erməni idmançılarla üz-üzə gəldik. Erməni idmançısına qalib gəlmək böyük məsuliyyət idi bizim üçün... Çünki bizi hamı izləyirdi. Düşünürəm ki, bu, özü də bir qələbədir. Azərbaycan xalqı qarşısında erməni idmançıya qalib gəlməyim elə mənim üçün böyük uğurdur.

- Avropa Oyunlarının təşkilatçılığı barədə nə düşünürsüz?

- İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi çox sevindiricidir. Uzun müddət yaddaşlarda qalacaq, xatırlanacaq. Təbii ki, oyunlar çox yüksək səviyyədə təşkil olunub.

- Qarşıda dünya çempionatı var. 2-ci dəfə sizdən dünya çempionatında qələbə gözləmək olarmı?

- Düz vurğuladınız, dünya çempionatı bizi gözləyir. Ümumiyyətlə, qarşıdan gələn bütün yarışlara, xüsusən də dünya çempionatına hazırlaşacağıq. Burada buraxdığımız səhvləri orada buraxmamağa çalışacam. Çalışacağam ki, dünya çempionatında bunun əvəzini çıxım və ikinci dəfə dünya çempionu olaraq qızıl medalı ölkəmizə gətirim. Ondan sonra da inşallah Rio-de-Janeyro Olimpiya oyunları bizi gözləyir.

Tarix
2015.06.20 / 19:07
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla