20 iyunda Bakı-2015 I Avropa Oyunlarında 9 idman növü
üzrə yarışlar keçirilib. Yarışların 9-cu günündə 18 dəst medalın
sahibi müəyyənləşib.
Axar.az xəbər verir ki, medal siyahısında Rusiya birincidir.
Şimal qonşumuzun aktivində 29 qızıl, 17 gümüş, 13 bürünc var.
Siyahıda 2-ci olan Azərbaycan 14 qızıl, 6 gümüş, 13 bürüncə
sahibdir. İlk üçlükdə qərarlaşan Macarıstan mövqeyini Almaniyaya
təhvil verib. Almanların isə hesabında 8 qızıl, 9 gümüş, 9 bürünc
medal var.
20 iyun
Gimnastika:
Təmsilçimiz Oleq Stepko 1 qızıl, 2 gümüş, 2 bürünc qazanıb.
Stepko bir günə 5 medal qazanmaqla I Avropa Oyunlarının tarixinə
keçib.
19 iyun
Taekvondo:
+80 kq çəkidə I Avropa Oyunlarının qalibi təmsilçimiz Radik
İsayev olub.
18 iyun
Gimnastika:
Kişilərin yarışında çıxış edən Oleq Stepko Avropa Oyunlarının
gümüş mükafatına layiq görülüb.
Güləş:
Güləş yarışlarının son günündə Camaləddin Maqomedov, Ruslan
Dibirhacıyev və Hacı Əliyev öz çəki dərəcələrində bürünc medal əldə
ediblər.
Taekvondo:
Kişilər arasında 80 kq çəki dərəcəsində təmsilçimiz Milad Beygi
Harçeqani qızıl, qadınlar arasında 67 kq çəki dərəcəsində Fəridə
Əzizova gümüş medal qazandı.
17 iyun
Güləş:
65 kq çəki dərəcəsində Toğrul Əsgərov, 97 kq çəki dərəcəsində
təmsilçimiz Xetaq Qazyumov qızıl medal qazanıb. Digər güləşçimiz 74
kq çəki dərəcəsində Cəbrayıl Həsənov isə bürünc medala
yiyələnib.
Taekvando:
68 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Tağızadə
taekvandoçularımızın 1-ci qızıl medalına sahib çıxıb.
16 iyun
Güləş:
53 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz Anjela
Doroqan qızıl medal qazanıb.
Avarçəkmə:
Təmsilçimiz Valentin Demyanenko Avropa Oyunlarının gümüş
mükafatını qazanıb. O, kanoeçilərin 200 metr məsafəyə yarışında
40,142 saniyə nəticə ilə 2-ci olub.
Taekvando:
Millimizin üzvü 49 kq dərəcəsində Abakarova Patimat bürünc medal
qazanıb.
15 iyun
Güləş:
Qadın güləşçilərdən ibarət millimizin üzvü 48 kq çəki
dərəcəsində çıxış edən Mariya Stadnik qızıl medal qazanıb. Onun
komanda yoldaşı 55 kq çəki dərəcəsində çıxış edən Natalya Sinişin
isə bürünc medal əldə edə bilib.
Gimnastika:
İdman gimnastikası üzrə kişilərdən ibarət Azərbaycan yığması
bürünc medalı qazanıb. Oleq Stepko, Eldar Səfərov və Petro
Paxnyukdan ibarət Azərbaycan komandası 174.195 xalla üçüncü yeri
tutub.
14 iyun
Güləş:
Millimizin heyətində Elvin Mürsəliyev çempion olub, Sabah
Şəriəti ikinci, Həsən Əliyev üçüncü yeri tutub.
Karate:
Karate üzrə millimizin heyətində Ayxan Mamayev, İrina Zaretska
qızıl medalı komanda aktivinə yazdırmağı bacarıb.
Triatlon:
Rostislav Pevtsov da yarışların 3-cü günü komandamızın medal
sayını artırıb. O bürünc medalla kifayətlənməli olub.
13 iyun
Karate:
Həmyerlimiz Rafael Ağayev İtaliya idmançısı Luiqi Busa ilə
qarşılaşıb. Qələbə çalan həmyerlimiz qızıl medala sahib olub.
***
Azərbaycanlı idmançı Firdovsi Fərzəliyev özünün italiyalı
rəqibini 4:0 hesabı ilə məğlub edərək, qızıl medalın sahibi
olub.
***
Bürünc medal uğrunda 55 kq çəkidə azərbaycanlı idmançı İlahə
Qasımova və İspaniya təmsilçisi Qarsia Ferrer 5:2 hesabıyla məğlub
edərək bürünc medalın sahibi olub.
***
Azərbaycanlı idmançı Niyazi Əliyev özünün almaniyalı rəqibini
3:1 hesabı ilə məğlub edərək bürünc medalın sahibi olub.
Güləş:
Yunan-Roma güləşi üzrə 71 kq çəki dərəcəsində güləşçimiz Rəsul
Çunayev finalda macar güləşçi Korpası Balintlə görüşüb və 3-1
hesablı qələbə əldə edərək qızıl medala sahib çıxıb.
***
Yunan-Roma güləşi üzrə 80 kq çəki dərəcəsində güləşçimiz Rafiq
Hüseynov finalda rus güləşçi Yevgeni Saleyevə məğlub olaraq gümüş
medal qazanıb.
***
Yunan-Roma güləşi üzrə 98 kq çəki dərəcəsində güləşçimiz Orxan
Nuriyev bürünc medal uğrunda türkiyəli güləşçi İldem Cenkə məğlub
olub və komanda aktivinə medal yazdıra bilməyib.
***
Elman Muxtarov erməni güləşçini 4-1 hesabı ilə məğlub edərək
bürünc medal əldə edib.