Bu gün I Avropa Oyunları
çərçivəsində növbəti yarışlar keçirilir.
Axar.az xəbər verir ki, Milli Gimnastika Arenasında kişi və
qadınların batut gimanstikası üzrə sinxronlaşdırılmış təsnifat
mərhələsinə start verilir.
Hər iki qrup üzrə həmyerlilərimiz yarışır. Kişilərin yarışında
İlya Qrişunin, qadınların yarışında isə Svetlana Makştarova
mübarizə aparacaq.
10:55
Batut gimnastikasında qaliblər
məlum olub.
Kişilər arasında keçirilən final mərhələsində Rusiya idmançısı
Dmitri Uşakov 60,090 xal toplayaraq qızıl müdalı qazanıb.
Belarusiyalı idmançı Uladzislau Hançarou 59,380 xalla ikinci
piləni tutub.
Həmyerlimiz İlya Qrişunin 58,765 xalla bürünv medalı
qazanıb.
12:05
Batut gimnastikası yarışlarında qadınlar arasında keçirilən
sinxron hərəkətlər üzrə yarışların medalları öz sahiblərini
tapıb.
Rusiyalı Anna Kornetskaya və Yana Pavlova cütlüyü hamıdan güclü
olub. 46,400 xal toplayan şimal qonşumuzun təmsilçiləri I Avropa
Oyunlarının qızıl medalına layiq görülüb.
İkinci yeri 44,600 xalla Fransa, üçncü yeri isə 44,500 xalla
Portuqaliya idmançıları qazanıb.
12:28
Batut gimnastikası üzrə kişilər arasında sinxron
hərəkətlər yarışlarının medalçıları məlum olub.
Gimnastikanın digər növündə də qızıl medalı əldən verməyən
rusiyalı gimnastlar – Dmitri Uşakov və Mixail Melnik bu dəfə də
fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Cütlük 51,100 xal
toplamaqla I Avropa Oyunlarının baş mükafatını qazanıb.
Gümüş medal isə Belarus idmançılarına nəsib olub. Uladzislau
Hançarou və Mikalai Kazakdan ibarət cütlük liderdən cüzi fərqlə
geridə qalıb – 50,800 xal.
Martin Qromovski və Kirilo Sonndan ibarət alman cütlük isə
48,800 xal toplamaqla turnirin bürünc mükafatını qazanıb.
15:40
Akrobatika gimnastikası
yarışlarında qarışıq cütlük üzrə temp hərəkətlərinin qalibləri
məlum olub.
Axar.az xəbər verir ki, Rusiyanın Marina Çernova və Georgi
Pataraya cütlüyü 29,300 xal toplayaraq turnirin qızıl medalını
qazanıb.
İkinci yeri 28,690 xalla Almaniya təmsilçiləri, Yana Vastavel və
Solano Kassamayor tutub. Bürünc medalı isə Hannah Baughn və Ryan
Bartlettdən ibarət Britaniya cütlüyü qazanıb.
Bu yarışda təmsilçilərimiz Ulyana Diakova və Anatoliy Leonov
27,320 xal toplamaqla yalnız Bolqarıstan idmançılarını geridə
qoymağı bacarıblar.
17:33
Akrobatika gimnastikası yarışlarında qadınlar arasında qrup -
balans hərəkətləri üzrə final yarışı keçirilib.
Bu yarışda 28,700 xalla Belçika təmsilçiləri 1-ci, 28,550 xalla
Rusiya təmsilçiləri 2-ci, 28,510 xalla Belarus idmançıları 3-cü
olub.
***
Bədii gimnastika yarışlarında qrup gürzlər və halqalar üzrə
final qarşılaşması keçirilib.
17,600 xalla Belarus təmsilçiləri birinci olub. 17,500 xal
toplayan İsrail komandası 2-ci, 17,150 xal toplayan Ukrayna
komandası isə 3-cü olub.
***
Bədii gimnastika yarışlarında fərdi top üzrə final qarşılaşması
keçirilib.
18,950 xal toplayan Rusiya gimnastı Yana Kudryavtseva birinci
olub.
Ukrayna təmsilçisi Qanna Rizatdinova 18,250 xalla ikinci,
belarus gimnastı Melitina Staniouta isə 18,200 xalla 3-cü olub.
18:34
Akrobatika gimnastikası üzrə qarışıq cütlük - balans hərəkətləri
yarışlarının final görüşü keçirilib.
Gözlənildiyi kimi, rusiyalı gimnastlar – Marina Çernova və
Georgi Pataraya 29,760 xal toplayaraq I Avropa Oyunlarının qızıl
medalını qazanıblar.
Yana Vastavel və Solano Kassamayordan ibarət Belçika yığması isə
28,930 xal toplayaraq ikinci olub.
Böyük Britaniya gimnastları – Hannah Baughn və Ryan Bartlet isə
28,260 xalla bürünc medalı qazanıb.
Həmyerlilərimiz Ulyana Diakova və Anatoliy Leonov 24,580 xalla
ən axırıncı yeri tutub.
19:31
Bədii gimnastika üzrə fərdi
lent yarışlarının qalibləri bəlli olub.
Axar.az xəbər verir ki, 19,000 xal toplayan Rusiya idmançısı
Yana Kudryavtseva qızıl medalı qazanıb. Həmyerlimiz Marina Durunda
18,200 xal toplamaqla gümüş medalı, Gürcüstan idmançısı Salome
Pazhava isə 17,950 xalla bürünc medalı qazanıb.