Yuxarı

Medalçımız: “Həyat yoldaşımı və uşağımı görməmişəm...”

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Medalçımız: “Həyat yoldaşımı və uşağımı görməmişəm...”

Batut gimnastikasında ölkəmizə bürünc medalı qazandıran İlya Qrişunin təəssüratını bölüşüb.

Axar.az xəbər verir ki, 26 yaşlı idmançı ailəsinin bu uğuruna sevindiyini deyib:

"Şadam ki, medal qazanmaqla, məşqçilərin və federasiya rəhbərliyinin etimadını doğrultdum. Hələlik həyat yoldaşım və uşağımı görməmişəm. Əminəm ki, onlar da çox şad olacaqlar. Anam mənim çıxışımı evdən, televiziya vasitəsilə izlədi. Yəqin ki, bu uğurum onu da sevindirib".

Qrişunin bildirib ki, medalçılar sırasına düşməyi əvvəlcədən qarşısına məqsəd qoyub: "Psixoloji baxımdan yarışa yaxşı hazırlaşmışdım. Nə bacarırdımsa, etdim. Nəticə də özünü çox gözlətmədi. Medal uğrunda əsas rəqibim fransalı idmançı idi. O məni qabaqlamaq üçün çıxışını səhvsiz yerinə yetirilməli idi. Çıxışının sonunda səhv buraxdı və mən də bunu hiss etdim. Bundan sonra şübhə etmədim ki, o mənə qalib gələ bilməyəcək".

Tarix
2015.06.21 / 12:00
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla