Yuxarı

Azərbaycan boksçularından növbəti uğur - Yeniləndi

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan boksçularından növbəti uğur - Yeniləndi

Bu gün Bakı-2015 Birinci Avropa Oyunlarında boks yarışlarının 1/8 final mərhələsinə yekun vurulacaq.

Axar.az xəbər verir ki, 1/4 finala gedən yolda daha 5 çəkidə döyüşlər baş tutacaq.

Bunun dördündə kişi, birində qadın boksçular mübarizə aparacaqlar. Azərbaycan yığmasının üzvləri bu gün keçiriləcək bütün çəki dərəcələrində rinqə çıxacaq.

Boks

21 iyun

Kişilər

64 kq

1/16 final mərhələsində slovakiyalı Edin Seydinoviçi mübarizədən kənarlaşdıran Lorenzo Sotomayor bu dəfə moldovalı Dmitri Qalaqotu sınağa çəkəcək. Kuba əsilli boksçumuzla Avropa çempionatının mükafatçısının görüşü saat 20:30-a təsadüf edəcək.

69 kq

Mübarizəyə bu gündən qoşulacaq Pərviz Bağırovu 1/8 finalda ciddi sınaq gözləyir. 21 yaşlı boksçumuz əvvəlki döyüşündə Anas Messaudini məğlub edən London 2012-nin iştirakçısı olmuş moldovalı Vasili Belusla qarşılaşacaq. Avropa çempionumuz rinqə saat 14:15-də çıxacaq.

75 kq

Bu çəkidə Azərbaycanı təmsil edəcək Xaybula Musalov ilk qarşılaşmasını fransız Kristian Haller-Assomo Mbilliyə qarşı keçirəcək. 1/16 finalda moldovalı Avropa üçüncüsü Viktor Çarapçevşiyə qalib gələn 20 yaşlı idmançı ilə döyüş saat 21:00-da olacaq.

91 kq

Azərbaycan boksçusu Abdulqadir Abdullayev macarıstanlı Adam Hamori ilə gücünü yoxlayacaq. Təmsilçimiz 1/16 finalda slovakiyalı Erik Tlkaneçi mübarizədən kənarlaşdıran rəqiblə saat 15:30-da döyüşəcək.


Qadınlar

60 kq

Qadın boksçularımızdan Yana Alekseyevna 1/8 finalda kifayət qədər təcrübəli finlandiyalı Mira Potkonenlə üz-üzə gələcək. 27 yaşlı idmançımız özündən 7 yaş böyük olan rəqiblə saat 13:30-da münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Azərbaycan millisinin boksçularından Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq), Məhəmmədrəsul Məcidov (+91 kq), Elvin Məmişzadə (52 kq) və Albert Səlimov (60 kq) artıq adını 1/4 finala yazdırıb. Həmçinin, Salman Əlizadə (49 kq), Anna Əlimərdanova (54 kq) və Yelena Vıstropova (64 kq) da yarışa bu mərhələdən başlayacaq.

13:47

Yana Alekseyevna 1/8 finalda kifayət qədər təcrübəli finlandiyalı Mira Potkoneni 3-0 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib.

14:33

Kişilər arasında yarım-orta çəki (69kq) dərəcəsində azərbaycanlı boksçu Pərviz Bağırov moldovalı Vasili Belousla qarşılaşıb. Gərgin keçən döyüş boksçumuzun 3-0 hesablı qələbəsi ilə başa çatıb.

16:50

Azərbaycan boksçusu Abdulqadir Abdullayev ilk cəhdində macarıstanlı Adam Hamori ilə gücünü yoxlayıb.

Təmsilçimiz 1/16 finalda slovakiyalı Erik Tlkaneçi mübarizədən kənarlaşdıran rəqibi asanlıqla mübarizədən kənarlaşdırıb. O, hər 3 raunda Hamoridən güclü olub - 3:0 (30:25; 30:27; 20:25).

A. Abdullayev 1/4 finalda Raul Omba Bionqolo (Fransa) ilə üz-üzə gələcək. Görüş iyunun 23-də saat 21:30-da olacaq.

18:55

Kişilər arasında birinci yarım-orta çəki (64kq) dərəcəsində boks yarışları davam edir.

Azərbaycan təmsilçisi Kollazo Sotomayor yarımfinal uğrunda moldovalı idmançı Dmitri Qalaqotla döyüşəcək.

20:48

Azərbaycan təmsilçisi Kollazo Sotomayor moldovalı rəqibi Dmitri Qalaqotu 3-0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

21:25

Boks üzrə kişilər arasında orta çəki (75kq) səkkizdəbir finalın növbəti görüşü keçirilib.

Azərbaycan boksçusu Xaybulla Musalov fransalı rəqibi Mbilli Assomo-Hallıer Christianı 3-0 hesabı ilə məğlub edib.

Bu qələbə nəticəsində boksçumuz növbəti mərhələyə adlayıb.

Tarix
2015.06.21 / 21:25
Müəllif
Axar.az
Digər xəbərlər

Bundestaqın nümayəndələri Şuşa və Xankəndidə

Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi

Ermənistanın cənubu şimalı ilə Naxçıvan vasitəsilə...

Bu razılaşma ilə bağlı problem var, 4 məktub göndərmişik

Tokayev Azərbaycanla bağlı bu sazişi imzaladı

Azərbaycan və Türkiyə hərbçiləri təlimə başladı

Prezident Babişin səfəri ilə bağlı video paylaşdı

İtaliya Naxçıvana hücumu qınadı

Vilayət Eyvazov gürcü həmkarını Bakıya dəvət etdi

Prezident Azərbaycanın iqtisadi vəziyyətindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla