Yuxarı

Atletika: Azərbaycan dördüncü medalını qazandı

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Atletika: Azərbaycan dördüncü medalını qazandı

16:10

Bu gün Bakı Olimiya Stadionunda I Avropa Oyunları çərçivəsində atletika yarışlarına start verilib.

Axar.az xəbər verir ki, bu gün kişilər arasında çəkic atma, qadınlar arasında şüvüllə tullanma, qadınlar arasında 400 m sədli qaçış, qadınlar arasında üçtəkanla tullanma, kişilər arasında 400 m sədli qaçış, qadınlar arasında disk atma, qadınlar arasında 100 m məsafəyə qaçış, kişilər arasında 100 m məsafəyə qaçış, kişilər arasında nüvə itələmə, kişilər arasında 1500 m məsafəyə qaçış, kişilər arasında hündürlüyə tullanma, qadınlar arasında 400 m məsafəyə qaçış, kişilər arasında 400 m məsafəyə qaçış, qadınlar arasında 3000 m maneəli qaçış, kişilər arasında uzunluğa tullanma, kişilər arasında 5000 m məsafəyə qaçış, qadınlar arasında nizə atma, qadınlar arasında 800 m məsafəyə qaçış və nəhayət qadınlar arasında 3000m məsafəyə qaçış yarışları keçiriləcək.

17:30

Olimpiya Stadionunda Bakı-2015 I Avropa Oyunları çərçivəsində Atletika oyunları üzrə kişilər arasında çəkic atma yarışlarına start verilib.

Kişilərin çəkic atma yarışında 12 ölkənin atleti iştirak edir.

Azərbaycanı Marşin Dzimitri təmsil edir. İdmançımız ilk atışda 69.37, ikinci atışda 72.79, üçüncü 67.54, dördüncü cəhddə 71.67 metr göstərici ilə üçüncü pillədə bitirib.

***

Kişilər arasında 400 m sədli qaçış yarışlarında nəticələr bəlli olub. Bosniya və Hersoqovinalı idmançı Rusmir Malkoçeviç 53,59 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb.

***

Kişilər arasında 400 m sədli qaçış yarışları keçirilib.

Birinci yeri 50,70 saniyə ilə slovakiyalı idmançı Martin Kuçera qazanıb. Həmyerlimiz İbrahim Əhmədov isə 53,92 saniyə ilə səkkiz idmançı arasında 7-ci olub.

***

Qadınların sədlərlə 400 m məsafəyə qaçış ilkin yarışının nəticələri artıq bəllidir. Birinci yeri 58,94 saniyə göstərici ilə avstriyalı idmançı Verena Menapase tutub. Ölkəmizi bu yarışda Salikova Lidiya təmsil edib. Atletimiz 1,06 saniyə göstərici ilə doqquzuncu pillədə bitirib.

***

Qadınların 100 metr məsafəyə qaçış yarışı yekunlaşıb.

Birinci yeri İsrail təmsilçisi Lenskaya Olqa 11.61 göstəricisi ilə tutub. Azərbaycan atleti Balyanina Valeriya isə 12.07 göstərici ilə altıncı pillədə bitirib.

18:16

Qadınlar arasında şüvüllə tullanma yarışı keçirilib.

Avstriya təmsilçisi Qruberq Kira 4.35 göstərici ilə ilk pilləni tutub. Azərbaycan atleti Qladkova Yelena 3.70 göstəricisi ilə dördüncü yeri tuta bilib.

18:26

Kişilər arasında 1500 m məsafəyə qaçışın qalibləri bəlli olub.

Həmyerlimiz Hayle İbrahimov 3:49.69 saniyə nəticə ilə I Avropa Oyunlarının qızıl mükafatını qazanıb.

***

Qadınların 400 metr məsafəyə qaçış yarışı yekunlaşıb.

Slovakiya təmsilçisi Putalova İveta 53,07 saniyə göstərici ilə ilk pilləni tutub. İkinci yerdə Avstriya atleti Valli Suzanna 53.65, üçüncü yerdə isə moldovalı Cojuhari Olesea 54,20 saniyə göstərici ilə qərarlaşıb.

Azərbaycan təmsilçisi Məmmədova Şəfa isə 55,97 saniyə göstərici ilə beşinci pillədə qərarlaşıb.

***

Kişilər arasında 400m məsafəyə qaçış üzrə təsnifat mərhələsinin yarışları davam edir.

İsrail təmsilçisi Donald Sanford Blair 45,75 saniyə göstərici ilə bütün rəqiblərini geridə qoyub.

Moldovalı idmançı Babian Alexandru ikinci, Bosniya və Hersoqovina atleti Borislav Dragoljeviç üçüncü olub.

Həmyerlimiz Arif Abbasdov isə 48,05 saniyə nəticə ilə yarışı beşinci bitirib.

19:18

Qadınlar arasında 3000 m maneəli qaçış üzrə qaliblər məlum olub.

Azərbaycan idmançısı Beji Çaltu bütün rəqiblərini qabaqlayaraq birinci olub.

19:47

Kişilər arasında 5000 m məsafəyə qaçışın qalibləri bəlli olub.

Azərbaycan atleti Hayle İbrahimov gərgin mübarizədən sonra finişə birinci çataraq I Avropa Oyunlarının qalibi adını qazanıb.

20:29

Qadınlar arasında 800 m məsafəyə qaçışın qalibləri məlum olub.

Luksemburq təmsilçisi Mathias Çarlin 2:01.77 saniyə nəticə ilə birinci olub. Albaniyalı atlet Luiza Qeqa ikinci, həmyerlimiz Anastasiya Komarova 3-cü olub.

21:00

Atletika yarışlarında komanda çempionatında sıralama açıqlanıb.

19 turdan sonra ölkəmiz 194 xal toplayaraq 5-ci yerdə qərarlaşıb.

Birinci yerdə isə hələki Avstriya yığması gedir. Bu ölkənin 25 xalı var. Slovakiya yığması 213 xalla 2-ci, 211 xalla İsrail yığması 3-cü, 99 xalla Moldova 4-cü yerdədir.

Tarix
2015.06.21 / 21:00
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Bundestaqın nümayəndələri Şuşa və Xankəndidə

Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi

Ermənistanın cənubu şimalı ilə Naxçıvan vasitəsilə...

Bu razılaşma ilə bağlı problem var, 4 məktub göndərmişik

Tokayev Azərbaycanla bağlı bu sazişi imzaladı

Azərbaycan və Türkiyə hərbçiləri təlimə başladı

Prezident Babişin səfəri ilə bağlı video paylaşdı

İtaliya Naxçıvana hücumu qınadı

Vilayət Eyvazov gürcü həmkarını Bakıya dəvət etdi

Prezident Azərbaycanın iqtisadi vəziyyətindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla