Yuxarı

Boksçularımız yarımfinalda - Yeniləndi

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Boksçularımız yarımfinalda - Yeniləndi

Bu gün Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsi keçiriləcək.

Axar.az xəbər verir ki, 5-i kişi, 2-i qadın olmaqla 7 çəki dərəcəsində boksçular yarımfinal uğrunda mübarizə aparacaqlar. Bu gün qadın idmançılarımız rinqə çıxmayacaqlar.

49 kq çəki dərəcəsində Salman Əlizadə 1/4 finalda irlandiyalı Brendan İrvinlə qarşılaşacaq. Görüş saat 13:30-da başlayacaq.

52 kq çəki dərəcəsində Elvin Məmişzadə bolqarıstanlı Daniel Asenovla üz-üzə gələcək. Qarşılaşmanın start fiti saat 19:30-da veriləcək.

56 kq çəki dərəcəsində Tayfur Əliyev 1/4 finalda danimarkalı Frederik Yansenlə görüşəcək. Qarşılaşma saat 14:00-da keçiriləcək.

81 kq çəki dərəcəsində Teymur Məmmədov holland Peter Mullenberqlə üz-üzə gələcək. Görüş 20:45-də başlayacaq.

+91 kq çəki dərəcəsində Məhəmmədrəsul Məcidov 1/4 finalda türkiyəli Ali Dəmirəzənlə görüşəcək. Boksçular 21:00-da rinqə çıxacaqlar.

13:45

Salman Əlizadə 1/4 finalda irlandiyalı Brendan İrvinlə qarşılaşıb. O, rəqibinə 2-1 məğlub olub.

14:16

Tayfur Əliyev 1/4 finalda danimarkalı Frederik Yansenlə görüşüb. O, rəqibinə 3-0 qalib gəlib və yarımfinala yüksəlib.

***

Tayfur Əliyev iyunun 24-də yarımfinalda rus Baxtovar Nazirovla qarşılaşacaq. Görüş 19:30-da başlayacaq.

19:48

52 kq çəki dərəcəsində Elvin Məmişzadə bolqarıstanlı Daniel Asenova 2-1 qalib gələrək 1/2 finala yüksəldi.

21:08

81 kq çəki dərəcəsində Teymur Məmmədov holland Peter Mullenberqlə üz-üzə gəldi. Təmsilçimiz 2-0 qalib gələrək növbəti mərhələyə yüksəldi.

21:24

+91 kq çəki dərəcəsində Məhəmmədrəsul Məcidov 1/4 finalda türkiyəli Ali Dəmirəzənlə görüşdə qalib gəldi 3-0.

Tarix
2015.06.22 / 21:48
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Geri çəkildik və sülh sazişinin mətni ilə razılaşdıq...

Azərbaycan üçün dəhşətli statistika – Hara gedirik?

Prezident onları qəbul etdi

Bu, Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı

Bakıda mühüm toplantı: Prezidentin müraciəti oxundu

BMT də xəbərdarlıq etdi: Sİ real təhlükədir?

Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla