Yuxarı

Sambo: 4 finalçımız da məğlub oldu - Canlı yayım

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sambo: 4 finalçımız da məğlub oldu - Canlı yayım

Bu gün Avropa Oyunlarında sambo yarışlarına start veriləcək.

Axar.az xəbər verir ki, yarışlar 1 gün davam edəcək və 8 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Millimiz bütün çəki dərəcələrində təmsil olunur.

Kişilər

57 kq çəki dərəcəsində İslam Qasımov 1/4 finalda rumıniyalı Orlando Qruia ilə qarşılaşacaq. Görüş saat 10:24-də başlayacaq.

74 kq çəki dərəcəsində Amil Qasımov 1/4 finalda sloven Tadey Cutuk və gürcü Kaxa Mamulaşvilinin qalibi ilə üz-üzə gələcək. Amil Qasımov bu cütlüyün qalibi ilə 11:06-da döşək üzərinə çıxacaq.

90 kq çəki dərəcəsində Kənan Qasımov 1/4 finalda ukraynalı İvan Vasilçukla görüşəcək. Qarşılaşma saat 10:12-də start götürəcək.

+100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gələcək. Samboçular yarımfinal uğrunda döşəyə 10:48-də çıxacaq.

Qadınlar

52 kq çəki dərəcəsində Nəzakət Xəlilova 1/4 finalda rumın Sodriana İonesku ilə görüşəcək. Qarşılaşma 10:36-da başlayacaq.

60 kq çəki dərəcəsində Şəhanə Hüseynova 1/4 finalda rus Yana Kostenko ilə gürcü Şorena Şaradzenin qalibi ilə qarşılaşacaq. Təmsilçimiz bu cütün qalibi ilə 10:54-də görüşəcək.

64 kq çəki dərəcəsində Fəridə Qurbanova 1/4 finalda moldovalı Yekaterina Sretu ilə qarşılaşacaq. Görüş saat 10:36-da start götürəcək.

68 kq çəki dərəcəsində Nərminə Əlizadə 1/4 finalda belaruslu Olqa Namazova ilə üz-üzə gələcək. Qarşılaşma saat 11:00-da başlayacaq.

10:19

90 kq çəki dərəcəsində Kənan Qasımov 1/4 finalda ukraynalı İvan Vasilçukla görüşüb. O, rəqibinə 2-0 qalib gəlib və yarımfinala yüksəlib.

10:27

İslam Qasımov 1/4 finalda rumıniyalı Orlando Qruia ilə qarşılaşıb. Qasımov rəqibinə 4-0 qalib gəlib və yarımfinala yüksəlib.

10:34

Nəzakət Xəlilova 1/4 finalda rumın Sodriana İonesku ilə görüşüb. O, rəqibinə 3-1 qalib gəlib və yarımfinala yüksəlib.

10:41

Fəridə Qurbanova 1/4 finalda moldovalı Yekaterina Sretu ilə qarşılaşıb. O, rəqibinə 4-0 məğlub olub.

10:43

Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib.

***

Vasif Səfərbəyov yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla üz-üzə gələcək.

***

Şəhanə Hüseynova 1/4 finalda rus Yana Kostenko ilə qarşılaşıb. O, rəqibinə 4-0 məğlub olub.

***

Nərminə Əlizadə 1/4 finalda belaruslu Olqa Namazova ilə üz-üzə gəlib. O, rəqibinə 4-0 məğlub olub.

11:12

Kənan Qasımov yarımfinalda rus Alsim Çernoskulovla görüşüb. O, rəqibinə 4-0 məğlub olub.

11:15

Amil Qasımov 1/4 finalda gürcü Kaxa Mamulaşvili ilə üz-üzə gəlib. O, rəqibinə 3-1 qalib gəlib və yarımfinala yüksəlib.

11:22

İslam Qasımov yarımfinalda gürcü Vaxtanq Çidraşvili ilə qarşılaşıb. Qasımov rəqibinə 3-1 qalib gəlib və finala yüksəlib.

11:27

Nəzakət Xəlilova yarımfinalda litvalı Ruta Aksionova ilə görüşüb. O, rəqibinə 4-0 qalib gəlib və finala yüksəlib.

11:29

Vasif Səfərbəyov yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla üz-üzə gəlib. O, rəqibinə 2-0 qalib gəlib və finala yüksəlib.

11:50

Amil Qasımov yarımfinalda bolqar Martin İvanovla üz-üzə gəlib. O, rəqibinə 3-1 qalib gəlib və finala yüksəlib.

***

Şəhanə Hüseynova təsəlliverici mərhələdə gürcü Şorena Şaradze ilə qarşılaşıb. O, rəqibinə 2-0 qalib gəlib. Hüseynova bürünc medal uğrunda belaruslu Katsiaryna Prakapenka ilə görüşəcək. Qarşılaşma bu gün 19:34-də keçiriləcək.

***

Nərminə Əlizadə bürünc medal uğrunda fransalı Seline Konde ilə görüşəcək. Qarşılaşma bu gün 21:02-də keçiriləcək.

12:19

Kənan Qasımov bürünc medal uğrunda gürcü David Karbelaşvili ilə görüşəcək. Qarşılaşma 20:40-da baş tutacaq.

***

İslam Qasımov finalda rus Aymergen Atkunovla qarşılaşacaq. Görüş bu gün 19:18-də başlayacaq.

***

Amil Qasımov finalda belaruslu Stsiapan Papou ilə üz-üzə gələcək. Qarşılaşma 20:02-də start götürəcək.

***

Vasif Səfərbəyov finalda rus Artem Osipenko ilə üz-üzə gələcək. Samboçular döşəyə 21:30-da çıxacaq.

***

Nəzakət Xəlilova finalda rus Anna Karitonova ilə görüşəcək. Qarşılaşma 19:06-da başlayacaq.

19:12

Sambo üzrə qadınlar arasında 52 kiloqram çəki dərəcəsində qızıl medalın sahibi bəlli olub.

Rusiyalı idmançı Anna Xaritonova azərbaycanlı idmançı Nəzakət Xəlilovanı 4-0 hesabı ilə məğlub edərək çempion adını qazanıb.

***

Kişilər arasında 57 kq çəki dərəcəsində final görüşü keçirilib.

Azərbaycanlı idmançı İslam Qasımov rusiyalı rəqibi Aymergen Atkunova uduzaraq gümüş medala sahib olub.

19:46

Şəhanə Hüseynova belaruslu Katsiaryna Prakapenkaya 5-0 məğlub olaraq bürünc medalı əldən verdi.

20:24

Alim Qasımov finalda belaruslu rəqibinə 4-0 uduzdu və qızıl qazanmaq şansını əldən verdi.

21:06

Kənan Qasımov bürünc medal uğrunda gürcü David Karbelaşvili ilə görüşüb. Qasımov da medal uğrunda döyüşdə məğlub oldu.

22:04

Vasif Səfərbəyov finalda Artyom Osipenko (Rusiya) ilə bacarmayıb. Rusiyalı idmançı təmiz qələbə nəticəsində qızıl medal qazanıb.

Tarix
2015.06.22 / 22:04
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Onlar Azərbaycana yalvarırlar! – Vuçiç

44 günlük savaşda “əlaqələrimi” işə salmağa çalışdım...

Şövkət Mirziyayev də Azərbaycana gəldi

İlham Əliyev Serbiyanın böyük dostudur - Vuçiç

Sadır Japarov Azərbaycana gəldi

İlham Əliyev Bolqarıstan prezidenti ilə görüşdü

Budeyvi də ölkəmizə səfərə gəldi

Ticarət dövriyyəmiz indikindən 5 dəfə çox olmalıdır - Vuçiç

İlham Əliyev Aleksandr Vuçiçlə görüşdü

Mavriki prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla