Yuxarı

“Bu gün 304 idmançı Bakını tərk edəcək”

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bu gün 304 idmançı Bakını tərk edəcək”

Bu gün "Hilton" oteldə Bakı-2015 I Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleqin iştirakıyla ənənəvi mətbuat konfransı keçirilib.

Axar.az xəbər verir ki, baş director son iki günün yekunları ilə bağlı məlumat verib:

"Dünən çox gözəl yarışlar oldu. Olimpiya stadionundakı atletika yarışına 22 mindən çox tamaşaçı gəlmişdi. Şose velosipedinə görə şəhərin mərkəzində yollar bağlı idi. Bu da müəyyən çətinliklər yaratdı. Amma İçərişəhərin gözəllikləri bütün dünyaya yayıldı. Su idman növləri başa çatdı. Sambo üçün zal hazırdı. 48 mindən çox tamaşaçı olub. Bu da rekord saydı. Xüsusən də, Kristal Zalında və Su İdman Arenasında çox azarkeş var idi. Bəzi məkanlarda tamaşaçılar üçün imkan yaratmışdıq".

Kleqin sözlərinə görə, artıq çıxışını bitirən atletlər bu gün vətənlərinə qayıdacaqlar:

"Bu gün 304 idmançı Bakını tərk edəcək. Həmçinin, bu günlərdə 1288 nəfər vətəninə yollanacaq. Məşəl qoruyucularının fədakar işini qeyd etmək istəyirəm. Hamı yorulub. Amma məşəl qoruyucuları çox gözəl iş görürlər. Nəqliyyat sistemində işlər normal davam etdirilir. 90 faiz idmançılar vaxtlı-vaxtında öz məkanlarına çatırlar. Bu günə kimi 1100-dən çox idmançı medala sahib olub. Bu gün 40 minə yaxın tamaşaçı marağı gözləyirik. Bəzi yarışlar başa çatacaq. Bakı bu gün küləkli şəhər adını tam doğruldacaq. Amma düşünmürük ki, bu yarışlar üçün çətinlik törədəcək. Biz dəfələrlə qeyd etmişik ki, Olimpiya Oyunlarını təkrarlamaq istəmirik. Avropa Oyunları tam yeni yarışdı".

Saymon Kleq bildirib ki, bəzi yeniliklər var: "Məsələn, basketbolun 3X3 növü yenilikdir. Gimnastikada da bu müşahidə olundu. Gördüklərimə əsasən deyə bilərəm ki, müsbət reaksiyalar var. İnsanlar məmnundurlar. Bu formatın gələcəkdə istifadə olunub-olunmamasını birlikdə görəcəyik. Xüsusən də, gimnastika müxtəlif formada təbliğ edildi. Bəlkə müəyyən düzəlişlər etmək, təkmilləşdirmək olar".

Tarix
2015.06.22 / 12:00
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Geri çəkildik və sülh sazişinin mətni ilə razılaşdıq...

Azərbaycan üçün dəhşətli statistika – Hara gedirik?

Prezident onları qəbul etdi

Bu, Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı

Bakıda mühüm toplantı: Prezidentin müraciəti oxundu

BMT də xəbərdarlıq etdi: Sİ real təhlükədir?

Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla