Bu gün Bakı Olimpiya
stadionunda atletika yarışlarının 2-ci günündə yarışlara start
verilib.
Axar.az xəbər verir ki, yarışlar çərçivəsində qadınlar arasında
çəkic atma, kişilər arasında şüvüllə tullanma, qadınlar arasında
uzunluğa tullanma, qadınlar arasında 100 m sədli qaçış, kişilər
arasında lövhə atma, qadınlar arasında nüvə itələmə, kişilər
arasında 110 m sədli qaçış, kişilər arasında 800 m məsafəyə qaçış,
kişilər arasında 3000 m maneəli qaçış, qadınlar arasında hündürlüyə
tullanma, qadınlar arasında 200 m məsafəyə qaçış, kişilər arasında
200 m məsafəyə qaçış, kişilər arasında üçtəkanla tullanma, qadınlar
arasında 1500 m məsafəyə qaçış, kişilər arasında 3000 m məsafəyə
qaçış, kişilər arasında nizə atma, qadınlar arasında 5000 m
məsafəyə qaçış, qadınlar arasında 4x400 m estafet qaçışı və kişilər
arasında 4x400 m estafet qaçışı yarışları baş tutacaq.
***
Bakı 2015 I Avropa Oyunları çərçivəsində qadınlar arasında çəkic
atma yarışları yekunlaşıb.
Slovakiya təmsilçisi Hrasnova Martina 69.31 metr göstərici ilə
birinci yeri tutub. Həmyerlimiz Skidan Hanna 68.32 ikinci pilləni
özü üçün təmin edib. 65.08 metr göstərici ilə Moldaviya atleti
Nikisenko Marina üçüncü yerdə qərarlaşıb.
20:20
Kişilər arasında 3000 m məsafəyə qaçış yarışları yekunlaşıb.
Azərbaycan təmsilçisi Hayle İbrahimov 7:54.14 göstərici ilə ilk
pilləni tutub. 8:05.62 nəticə ilə avstriyalı idmançı Kou Brenton
Con ikinci, 8:06.34 göstərici ilə isə Modoviya atleti Prodius Roman
üçüncü olub.
21:11
Qadınlar arasında 4x400 m estafet qaçışları yekunlaşıb. İlk
pilləni Slovakiya təmsilçiləri 3:35.03 nəticəsi ilə qazanıblar.
3:37.51 göstərici ilə Avstriya ikinci, 3:41.94 nəticə ilə Moldoviya
üçüncü yeri tutub. Azərbaycan isə 3:44.40 ilə beşinci yerdə
qərarlaşıb.