Yuxarı

Polşalı gimnastı xilas edən idmançımız danışdı - Video

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polşalı gimnastı xilas edən idmançımız danışdı - Video

Ötən gün I Avropa Oyunlarının batutda tullanma yarışlarında Azərbaycan idmançısı Elçin Əlibəyli əla reaksiya göstərərək yıxılan polşalı gimnast Bartalamey Xesi vaxtında tutmaqla onu ağır zədə almaqdan qorudu.

19 yaşlı E.Əlibəyli Trend-ə bildirib ki, peşəkar idmançı olması və daha əvvəllər belə vəziyyətə düşməsi ona həmin anda dərhal reaksiya verməyə kömək etdi:

"Beş yaşımdan akrobatika ilə məşğul oluram və milli komandanın üzvüyəm. Akrobatikada bəzən elə olur ki, həmkarım yıxıla, mən isə onu sığortalayaraq xilas edə bilərəm. Özüm belə vəziyyətlərə düşmüşəm, buna görə də belə asan reaksiya verə bildim".

Onun sözlərinə görə, polşalı gimnastı sığortalayarkən yaşadığı hissləri hər kəs keçirə bilməz:

"Bir az həyəcan keçirdim. Lakin idmançının zədə almadığını görəndə çox sevindim".

İdmançımız əlavə edib ki, polşalı idmançı köməyə görə ona təşəkkür edib.

Oxuculara həmin epizodun videosunu təqdim edirik:

Tarix
2015.06.22 / 20:06
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla