Yuxarı

9 boksçumuz medalı təmin etdi - Yeniləndi

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
9 boksçumuz medalı təmin etdi - Yeniləndi

Bu gün Avropa Oyunlarının boks yarışlarının 1/4 final mərhələsi 8 çəki dərəcəsində keçiriləcək görüşlərlə davam edəcək.

Axar.az xəbər verir ki, 4 kişi, 2 qadın olmaqla millimizin 6 idmançısı növbəti mərhələ uğrunda mübarizə aparacaq.

Kişilər

60 kq çəki dərəcəsində Albert Səlimov bolqarıstanlı Dmitri Elianla üz-üzə gələcək. Görüş saat 14:00-da başlayacaq.

64 kq çəki dərəcəsində təmsilçimiz Lorenzo Sotomayor 1/4 finalda rumın Daniel Nikulesku ilə görüşəcək. Qarşılaşma 20:15-də start götürəcək.

69 kq çəki dərəcəsində Pərviz Bağırov 1/4 finalda almaniyalı Abass Barau ilə qarşılaşacaq. Boksçular saat 21:15-də üz-üzə gələcəklər.

91 kq çəki dərəcəsində Abdulqadir Abdullayev fransız Pol Bionqolo Omba ilə gücünə aydınlıq gətirəcək. Boksçular rinqə 21:30-da çıxacaqlar.

Qadınlar

54 kq çəki dərəcəsində Anna Əlimərdanova yarımfinala vəsiqə qazanmaq üçün bolqar Stanimira Petrova ilə görüşəcək. Qarşılaşma 12:45-də başlayacaq.

64 kq çəki dərəcəsində boksçumuz Yelena Vıstropova britaniyalı Rayan Sandi ilə qarşılaşacaq. Görüş saat 19:15-də start götürəcək.

12:57

Anna Əlimərdanova yarımfinala vəsiqə qazanmaq üçün bolqar Stanimira Petrova ilə görüşüb. O, rəqibinə 3-0 qalib gəlib.

***

Əlimərdanova iyunun 25-də yarımfinalda rus Yelena Saveleva ilə görüşəcək. Qarşılaşma saat 12:30-da başlayacaq.

14:14

Albert Səlimov bolqarıstanlı Dmitri Elianla üz-üzə gəlib. O, rəqibinə 3-0 qalib gəlib və yarımfinala yüksəlib.

19:30

64 kq çəki dərəcəsində boksçumuz Yelena Vıstropova britaniyalı Rayan Sandi ilə qarşılaşıb. Görüş təmsilçimizin 2-1 hesablı məğlubiyyəti ilə başa çatıb.

20:30

64 kq çəki dərəcəsində təmsilçimiz Lorenzo Sotomayor 1/4 finalda rumın Daniel Nikuleskunu 3-0 məğlub edərək növbəti mərhələyə yüksəldi.

21:37

69 kq çəki dərəcəsində Pərviz Bağırov 1/4 finalda almaniyalı Abass Barau ilə qarşılaşdı və rəqibini 3-0 məğlub etdi. Bağırov 1/2 finalda yarışacaq.

21:52

91 kq çəki dərəcəsində Abdulqadir Abdullayev fransız Pol Bionqolo Omba ilə görüşdə inamlı qələbə qazandı 3-0.

Qeyd edək ki, dünən keçirilən 1/4 final qarşılaşmasında 4 boksçumuz növbəti mərhələyə yüksəlmişdi. Bu gün isə daha 5 boksçumuz növbəti mərhələyə yüksəlməklə bürünc medalı təmin edib.

Tarix
2015.06.23 / 22:09
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla