Yuxarı

Qılıncoynadanlarımız medalsız qaldı

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qılıncoynadanlarımız medalsız qaldı

Bakı-2015 Avropa Oyunlarında qılıncoynatma yarışları start götürüb.

Axar.az xəbər verir ki, bu gün qadınlar arasında şpaqa, kişilər arasında isə sablya ilə yarışlar keçiriləcək.

4-ü kişi, 4-ü isə qadın olmaqla yığmamızın 8 idmançısı da mübarizəyə qoşulub.

Qadın qılıncoynadanlarımızdan Elmira Xudaverdiyeva A, Samirə Hüseynova B, Məryəm Məlikova C, Nüvar Məlikova isə E qrupunda gücünü sınayır.

Kişilərin sablya yarışlarında təmsilçilərimizdən Azər Tağıyev A, Abdulla Həsənov D, Cavanşir Səfərov E, Cavanşir Ağakişiyev F qrupunda mübarizə aparır.

11:44

Qadın təmsilçilərimiz keçirdikləri 6 görüşün hamısında məğlub olub. Nəticədə şpaqaçılarımız 1/16 finala çıxma şansını əldən verib.

***

Təmsilçilərimizdən Azər Tağıyev A, Abdulla Həsənov D, Cavanşir Səfərov E, Cavanşir Ağakişiyev F qrupunda gücünü sınayıb. Həsənov bütün görüşlərində məğlub olub. Digər sablyaçılarımız hərəyə 1 dəfə udub. Yeganə qələbə Tağıyevə 4-cü yeri tutmaq üçün kifayət edib, digər iki idmançımız isə 5-ci olub.

Bununla da Azər Tağıyev 1/16 finala yüksələn yeganə təmsilçimiz olub. Bu mərhələdə təmsilçimiz rumıniyalı Tiberiu Dolniçeanu ilə görüşüb. Tağıyev 5:15 hesabı ilə uduzub və mübarizəni dayandırıb.

Tarix
2015.06.23 / 11:40
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla