Bakı-2015 Avropa Oyunlarında üzgüçülük yarışları
başlayıb.
Axar.az xəbər verir ki, bu gün 7 dəst medal uğrunda
idmançılarımız mübarizə aparacaq.
Azərbaycanı yarışlarda Anna Manşenkova, Alsu Bayramova, Yuliya
Stisyuk, Kamran Cəfərov, Murad Ayxan, İvan Andrianov, Anton
Celtyakov, Qriqori Kalminski təmsil edir.
11:59
I Avropa Oyunlarında çıxış edən Azərbaycanın 3 üzgüçüsü
mübarizəni dayandırıb. Onlardan ikisi kişi, biri isə qadındır.
Qadınlar arasında 100 metr məsafəyə sərbəst üzmədə Anna
Mançenkova uğursuz çıxış edib. O, məsafəni 1 dəqiqə 03.15 saniyəyə
başa vurub. Nəticədə A.Mançenkova 64 iştirakçı arasında 63-cü
pillədə qərarlaşıb və yarımfinala yüksələ bilməyib.
Kişilər arasında 50 metr məsafəyə kəpənək yarışında isə Kamran
Cəfərov və Murat Ayxan iştirak edib. K.Cəfərov təyin olunmuş
məsafəni 27.17 saniyə, M.Ayxan isə 28.75 saniyəyə başa vurub. Hər
iki idmançı 61 iştirakçı arasında müvafiq olaraq sonuncu iki
pilləni bölüşüb.
13:19
Azərbaycanı 200 metr məsafədə brass üzmə üsulu üzrə yarışlarda
təmsil edən Anton Jeltyakov yarımfinal mərhələsinə yüksəlib.
Jeltyakov 2 dəqiqə 19,38 saniyə nəticə ilə qrupda 7-ci yeri
tutub.