Yuxarı

Boksçumuz: “Ona hiyləgərliklə qalib gəlmək olardı”

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Boksçumuz: “Ona hiyləgərliklə qalib gəlmək olardı”

"Döyüş sürət üzərində qurulmuşdu. Ona görə də yalnız 2 yolla qalib gəlmək olardı: sürət və hiyləgərliklə".

Axar.az-ın məlumatına görə, bu sözləri 54 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Anna Əlimərdanova bolqarıstanlı dünya çempionu Stanimira Petrova üzərində qazandığı qələbədən sonra bildirib.

Rəqibinin çox güclü olduğunu deyən həmyerlimiz ona zərbə vurmaqda çətinlik çəkdiyini bildirib:

"Rəqibim elə idi ki, ona dəqiq zərbə vurmaq çox çətin olurdu. Əlləri uzun idi, başı isə sanki daha geridə idi. Bu cür rəqibə qalib gəldiyim üçün çox sevincliyəm".

Qalib elan olunduqdan sonra sevincindən rinqdə atılıb-düşən boksçumuz bunun səbəbini ən azı bürünc medal qazanması ilə əlaqələndirib: "Bunu ona görə etdim ki, artıq minimum vəzifəni yerinə yetirib bürünc medal qazanmışam. Amma bununla kifayətlənmək istəmirəm. Hər döyüşə individual yanaşıram".

Daha sonra yarımfinaldakı rəqibindən danışan təmsilçimiz finala çıxmaq üçün əlindən gələni edəcəyini bildirib:

"Yarımfinalda rusiyalı Yelena Savelyeva ilə qarşılaşacam. Ona bir dəfə məğlub olmuşam. Amma bu dəfə qələbə qazanacağıma inanıram. Məni bütün döyüşlərə bacım və atam hazırlayır. Onlar mənim kumirimdir".

Tarix
2015.06.23 / 13:52
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla