"Bakıda I Avropa Oyunlarının açılışında olarkən
mərasimin nöqsansız təşkilinə, əhalinin coşqun əhvali-ruhiyyəsinə
və Azərbaycanın qarşısında duran tapşırıqların öhdəsindən gəlmək
bacarığına şahid olduq ki, bunun da ölkənin ünvanına səslənən
acıqlı, vaxtaşırı təkrarlanan ağılsız tənqidlə heç bir əlaqəsi
yoxdur". Trend-in məlumatına əsasən, bu barədə Fransanın "La
Figaro" qəzeti yazır.
Qeyd olunur ki, 20 idman növündə mübarizə aparan 50 ölkədən 6000
atleti ən yaxşı şərtlər daxilində qəbul etmək üçün Azərbaycan cəmi
30 ay - rekord müddət ərzində ən yüksək səviyyəli zəruri idman
infrastrukturunu yarada bildi: "Yalnız ayrılmış maliyyə vəsaitinin
deyil, daha çox tarixi və mədəni kökləri ilə fəxr edən (bu da özünü
açılış mərasimində göstərdi) xalqın iradə gücü, enerji və istedadı
hesabına bu böyük tapşırığın öhdəsindən gəlmək oldu. Qonaqpərvərlik
və Olimpiya qardaşlıq dəyərlərinə əhəmiyyət verən xalq - elə bir
əhəmiyyət ki, hətta Azərbaycanla ədalətsiz və faciəvi münaqişənin
iştirakçısı olan Ermənistanın belə digər iştirakçı ölkələrlə yanaşı
bu yarışlarda iştirakını təmin etdi".
Qəzet yazır: "Əcnəbi şərhçilərə inansaq, Azərbaycan əhalisi üçün
bu Oyunlar ağır sınaq olmalı idi. Əslində isə açılış mərasimində
iştirak edən 68000 tamaşaçının ruh yüksəkliyini görmək və ya axşam
düşən kimi insanların ailələri ilə birgə idman yarışlarına
tələsdiklərinə şahid olmaq kifayət idi ki, bütün xalqın Olimpiya
hərəkatına qoşulduğu üçün qürurlandığını anlayasan. İndi orada
olmaq müxtəlif ictimai yerlərdə əhali ilə tanış olmaq üçün xüsusi
üstünlük əldə etməkdir. Əhali əsasən müsəlmanlardan ibarət olsa da,
burada çadralı qadınlara rast gəlmək nadir hadisədir. Burada
qadınlara Fransadan 30 il əvvəl səs vermək hüququ verilib, ölkədə
şiələr, sünnilər, yəhudilər və xristianlar qarşılıqlı hörmət və
sülh şəraitində yaşadıqları halda, digər yerlərdə dinlərin faciəvi
toqquşması müşahidə edilir.
Nəhayət, Azərbaycan əvvəlki kimi çoxsaylı problemlərə, ilk
növbədə, şimaldan Rusiya, cənubdan İran və qərbdən
Ermənistan-Azərbaycan münaqişəsinin təzyiqinə məruz qalaraq,
müstəqilliyi ilə bağlı əbəbi çağırışlara müqavimət göstərir. Buna
görə də Avropa, xüsusilə Fransaya ehtiyac var. Və Fransanın
Azərbaycanla bağlı sistemli tənqidləri düzəlməz nəticələr yarada
bilər. Müstəqilliyini 24 ildir ki, bərpa edən bu ölkəni qaralamaq
əvəzinə, ona siyasi, iqtisadi və sosial inkişafında dəstək olmaq
daha yaxşı olardı".
Avropanın nüfuzlu qəzetində bildirilir: "Fransa mətbuatını
vərəqləyərkən əsassız ittihamlarla Azərbaycan və onun liderinə
qarşı haqsızlıq edildiyini görmək bizə toxundu. Halbuki ölkənin
reallığını görmək üçün buraya gəlmək kifayətdir. Bakı haqqında
Parisdə deyil, tezliklə Bakıda yazılacağına ümid edə
bilərikmi?"
İmzalar
Jan-Fransua Mansel – Fransa Milli Assambleyasının deputatı,
Azərbaycanın Dostları Cəmiyyətinin prezidenti;
Andre Reyşart – Fransa Milli Assambleyasının deputatı,
Fransa-Qafqaz Dostluq Qrupunun rəhbəri;
Natali Qule – Fransa Senatının üzvü, Azərbaycanın Dostları
Cəmiyyətinin vitse-prezidenti;
David Duye – Fransa Milli Assambleyasının deputatı, keçmiş
nazir;
İv Jeqo – Fransa Milli Assambleyasının deputatı, keçmiş
nazir;
Jorj Fenek – Fransa Milli Assambleyasının deputatı;
Jan-Lyuk Reyser – Fransa Milli Assambleyasının deputatı;
İv Fulon – Fransa Milli Assambleyasının deputatı;
Jerom Lamber – Fransa Milli Assambleyasının deputatı;
Silvi Qo-Şavan – Fransa Senatının üzvü;
Kristian Nami – Fransa Senatının üzvü;
Jan-Fransua Leqare – Parisin 1-ci rayonunun meri;
Andre Vilye – Yon Departamentinin (Burqundiya) Şura sədri;
Patrik Jandro – Şabli şəhərinin (Burqundiya) meri;
Rober Osseyn – aktyor, rejissor;
Mark Restellini – Paris Şəkil Qalereyasının prezidenti;
Reza Deqati – fotoqraf;
Pyer Şeremetyeff – Xaricdə Yaşayan Rus Həmvətənlərin
Cəmiyyətinin prezidenti