Yuxarı

Boksçumuzdan acı xəbər: Yarışa çıxmayacaq

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Boksçumuzdan acı xəbər: Yarışa çıxmayacaq

Azərbaycan boks millisi ciddi itki ilə üzləşib.

APA-nın məlumatına görə, +91 kq çəki dərəcəsində yarımfinala yüksəlməklə, ən azı bürünc medalı özünə təmin edən Məhəmmədrəsul Məcidov Avropa Oyunlarında çıxışını başa vurub.

Buna səbəb onun zədələnməsidi. Bu üzdən də ikiqat dünya və Avropa çempionu, Olimpiadanın bürünc mükafatçısı sabah rusiyalı Qasan Qimbatovla keçirilməli olan döyüşə çıxmayacaq. Sonuncu birbaşa finala yüksələcək.

Komandamızın məşqçisi Nəriman Abdullayev bildirib ki, həkimlərin rəyinə əsasən Məhəmmədrəsulun zədəli rinqə çıxması təhlükəsiz deyil: "Məcidov çox ağır zədə alıb. Bu cür döyüşmək mümkün deyil. O, bu səbəbdən də çıxışını başa vurub".

Məcidovun 1/4 finalda türkiyəli Əli Dəmirəzənlə görüşdə başından zədələndiyi bildirilir.

Qeyd edək ki, Bakı-2015-də 11 boksçumuz yarımfinalda iştirak hüququ qazanıb. Onlardan Məcidov bürünc medalla kifayətləndiyi halda, digərləri 1/2 final döyüşlərində mükafatın əyarını yüksəltməyə çalışacaqlar.

Tarix
2015.06.24 / 17:06
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla