Yuxarı

Qılıncoynadanımız finalda - Canlı yayım

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qılıncoynadanımız finalda  - Canlı yayım

09:44

Bu gün Bakı-2015 Avropa Oyunlarında qılıncoynatma üzrə yarışların üçüncü günü başlayıb.

Axar.az-ın məlumatına görə, bu gün kişilər arasında rapira, qadınlar arasında isə sablya ilə fərdi yarışlar keçiriləcək.

12:28

A qrupunda mübarizəyə başlayan Sevinc Bünyadovanın ilk qarşılaşması türkiyəli İlgin Sarban ilə olub. O, rəqibinə 2:5 hesabı ilə uduzub. Sablyaçımız ikinci döyüşdə fransalı Marion Stoltz ilə yarışıb. S.Bünyadova rəqibi üzərində qələbə çalıb - 5:3.

Təmsilçimiz daha sonra italiyalı Rebeka Qarqano ilə mübarizə aparıb. O, italiyalı sablyaçını nəfəs almağa qoymayıb. Sevinc Bünyadova 5:0 hesabı ilə rəqibi üzərində təmiz qələbə qazanıb. Polşalı Martina Vatora ilə yarışda da sablyaçımız uğurlu çıxış edib. Görüş 5:2 hesabı ilə sablyaçımızın qələbəsi ilə nəticələnib.

16:22

Sevil 1/16 final mərhələsində növbəti qələbəsini qazanıb. Sablyaçımız polşalı Maqdalena Pasternakı 15:4 hesabı ilə məğlub edib. Bünyadova 1/8 finalda rusiyalı Mariya ridellə görüşəcək. Bu qarşılaşma 15:50-də start götürəcək. Fatimə isə italiyalı Rebekka Qarqanoya uduzub – 6:15.

Bununla da Qarqano 1/8 finalda Sevinclə üz-üzə gələcək.

Bu mərhələdə Mikina rusiyalı Yana Obvintseva ilə qarşılaşıb. Oyun boyu öndə olmasına baxmayaraq, təmsilçimiz sonda 13:15 hesabı ilə uduzub.

Sevil isə 1/16 finalın ardından 1/8 finalda da qələbə qazanıb. O, rusiyalı rəqibini 15:9 hesabı ilə məğlub edib. O, 16:20-də başlayacaq 1/4 finalda Vasilki Voqioka ilə görüşəcək. Qalib gəlib, yarımfinala yüksələcəyi halda, sablyaçımız ən azı bürüncü təmin edəcək.

16:39

Sevinc Bünyadova 15-7 hesabı ilə italiyalı sablyaçını məğlub edərək 1/ 4 mərhələyə keçib. Onun rəqibi ukraynalı Alina Komaşçuk olacaq.

19:37

1/4 finalda Sevil yunanıstanlı Vasilki Voqioka, Sevinc isə ukraynalı Alina Komaşçuk ilə görüşüb.

Sevinc 15:11, Sevil isə 15:12 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.

Yarımfinalda Sevil fransalı Marqo Rifkisslə qarşılaşıb. Həmyerlimiz bu dəfə də inamlı çıxış edərək, rəqibindən üstün olub - 15:9.

Onun bacısı isə finala vəsiqə üçün saat 19:15-də polşalı Anjelika Vatorla üz-üzə gələcək.

Tarix
2015.06.25 / 19:37
Müəllif
Əli Taleh
Digər xəbərlər

Onlar Azərbaycana yalvarırlar! – Vuçiç

44 günlük savaşda “əlaqələrimi” işə salmağa çalışdım...

Şövkət Mirziyayev də Azərbaycana gəldi

İlham Əliyev Serbiyanın böyük dostudur - Vuçiç

Sadır Japarov Azərbaycana gəldi

İlham Əliyev Bolqarıstan prezidenti ilə görüşdü

Budeyvi də ölkəmizə səfərə gəldi

Ticarət dövriyyəmiz indikindən 5 dəfə çox olmalıdır - Vuçiç

İlham Əliyev Aleksandr Vuçiçlə görüşdü

Mavriki prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla