Yuxarı

Məmmədov qalib gəldi: daha bir qızıl - Yeniləndi

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məmmədov qalib gəldi: daha bir qızıl - Yeniləndi

Bu gün Avropa Oyunlarında 10 çəkidə boks yarışları keçiriləcək.

Axar.az xəbər verir ki, idmançılarımız 5 çəkidə mübarizələrini davam etdirəcək. Boksçularımızdan Teymur Məmmədov isə final görüşünə çıxacaq.

Kişilər

52 kq çəki dərəcəsində Elvin Məmişzadə yarımfinalda almaniyalı Hamza Tuba ilə görüşəcək. Boksçular rinqə saat 13:30-da çıxacaqlar.

64 kq çəki dərəcəsində təmsilçimiz Lorenzo Sotomayor yarımfinalda Viktor Petrovla qarşılaşacaq. Görüş saat 14:15-də başlayacaq.

+91 kq çəki dərəcəsində Məhəmmədrəsul Məcidov yarımfinalda rus Qasan Gimbatovla görüşməli idi. Lakin boksçumuz zədəli olduğu üçün görüşə çıxmayacaq və təmsilçimizin bürünc medal alması rəsmiləşəcək.

81 kq çəki dərəcəsində Teymur Məmmədov finalda italiyalı Valentino Manfredonia ilə qarşılaşacaq. Final saat 19:00-da start götürəcək.

Qadınlar

54 kq çəki dərəcəsində Anna Əlimərdanova yarımfinalda rus Yelena Saveleva ilə görüşəcək. Boksçular rinqə saat 12:30-da çıxacaq.

12:41

Anna Əlimərdanova yarımfinalda rus Yelena Saveleva ilə görüşüb. O, rəqibinə 3-0 məğlub olub və bürünc medalla kifayətlənib.

13:45

Elvin Məmişzadə yarımfinalda almaniyalı Hamza Tuba ilə görüşüb. O, rəqibinə 3-0 qalib gəlib və finala yüksəlib.

14:33

Təmsilçimiz Lorenzo Sotomayor yarımfinalda Viktor Petrovla qarşılaşıb. O, rəqibinə 3-0 qalib gəlib və finala yüksəlib.

***

Elvin Məmişzadə finalda italiyalı Vincenzo Pikardi ilə qarşılaşacaq. Görüş 26 iyun 18:45-də baş tutacaq.

***

Lorenzo Sotomayor finalda italiyalı Vincenzo Mangiacapre ilə görüşəcək. Qızıl medalın sahibi sabah 19:15-də bəlli olacaq.

19:55

81 kq çəki dərəcəsində Teymur Məmmədov finalda italiyalı Valentino Manfredonia ilə görüşdə qalib gələrək qızıl medalın sahibi oldu.

Tarix
2015.06.25 / 19:55
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla