Yuxarı

Cüdoçularımızdan uğursuz nəticə: 1 gümüş - Yeniləndi

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cüdoçularımızdan uğursuz nəticə: 1 gümüş - Yeniləndi

Bu gün Avropa Oyunlarında cüdo yarışlarına start veriləcək.

Axar.az xəbər verir ki, 8 cüdoçumuz tatami üzərinə çıxacaq.

Bu gün 5 çəki dərəcəsindən 3-də ölkəmiz iki idmançı ilə təmsil olunacaq.

Kişilər

60 kq çəki dərəcəsində Orxan Səfərov 1/8 finalda əslən azərbaycanlı belarus təmsilçisi Arif Bağırovla görüşəcək. Görüş 14:12-də başlayacaq.

İlqar Müşkiyev isə ispaniyalı Franssiko Qarriqosla üz-üzə gələcək. Qarşılaşma 13:42-də start götürəcək.

66 kq çəki dərəcəsində Nicat Şıxəlizadə 1/16 finalda türkiyəli Sinan Sandalla görüşəcək. Qarşılaşma saat 13:00-da başlayacaq.

Tərlan Kərimov isə 1/16 finalda rus Mixail Pulyayevinlə 13:12-də qarşılaşacaq.

Qadınlar

48 kq çəki dərəcəsində Leyla Əliyeva 1/16 finalda sloveniyalı Kristina Vrsiçlə üz-üzə gələcək. Qarşılaşma 12:00-da başlayacaq.

Aişə Qurbanlı isə rusiyalı Kristina Rumyantseva ilə gücünə aydınlıq gətirəcək. Görüş saat 12:12-də start götürəcək.

52 kq çəki dərəcəsində Səkinə Zairova 1/16 finalda israilli Roni Şvartsla münasibətlərinə aydınlıq gətirəcək. Cüdoçular tatamiyə saat 12:12-də çıxacaqlar.

57 kq çəki dərəcəsində Kifayət Qasımova 1/16 finalda serbiyalı Yovana Roqiçlə mübarizə aparacaq. Görüş saat 13:16-da başlayacaq.

12:04

Leyla Əliyeva 1/16 finalda sloveniyalı Kristina Vrsiçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və növbəti mərhələyə yüksəlib.

12:14

Aişə Qurbanlı 1/16 finalda rusiyalı Kristina Rumyantseva ilə gücünə aydınlıq gətirib. O, rəqibinə qalib gəlib və növbəti mərhələyə yüksəlib.

***

Səkinə Zairova 1/16 finalda israilli Roni Şvartsla münasibətlərinə aydınlıq gətirib. O, rəqibinə məğlub olub.

***

Nicat Şıxəlizadə 1/16 finalda türkiyəli Sinan Sandalla görüşüb. O, rəqibinə ippon fəndi ilə qalib gəlib.

13:18

Tərlan Kərimov isə 1/16 finalda rus Mixail Pulyayevinlə qarşılaşıb. O, rəqibinə məğlub olub.

***

Leyla Əliyeva 1/8 finalda belçikalı Şarlin Şniklə üz-üzə gəlib. O, rəqibinə ippon fəndi ilə məğlub olub.

13:43

Kifayət Qasımova 1/16 finalda serbiyalı Yovana Roqiçlə mübarizə aparıb. O, rəqibinə məğlub olub.

***

Aişə Qurbanlı 1/8 finalda italiyalı Valentina Moskat ilə qarşılaşıb. O, rəqibinə məğlub olub.

***

İlqar Müşkiyev 1/8 finalda ispaniyalı Franssiko Qarriqosla üz-üzə gəlib. O, rəqibinə məğlub olub.

14:30

Orxan Səfərov 1/8 finalda əslən azərbaycanlı belarus təmsilçisi Arif Bağırovla görüşür.

***

Orxan Səfərov rəqibinə qalib gəlib və 1/4 finala yüksəlib.

14:45

Nicat Şıxəlizadə 1/8 finalda italiyalı Elio Verde ilə görüşəcək. Qarşılaşma bir neçə dəqiqə sonra start götürəcək.

15:08

Nicat Şıxəlizadə rəqibinə ippon fəndi ilə qalib gəlib və 1/4 finala çıxıb.

16:00

Nicat Şıxəlizadə 1/4 finalda portuqaliyalı Sergiu Oleiniklə görüşüb. O, rəqibinə ippon fəndi ilə məğlub olub.

***

Orxan Səfərov 1/4 finalda isveçrəli Ludovik Cammartinlə görüşüb. O, rəqibinə qalib gəlib və yarımfinala çıxıb.

17:05

Orxan Səfərov yarımfinalda ispan Fransisko Qarriqosla görüşüb. O, rəqibinə qalib gəlib və finala yüksəlib. Səfərov finalda rus Beslan Mudranovla görüşəcək. Qarşılaşma 19:50-də başlayacaq.

***

Nicat Şıxəlizadə təsəlliverici mərhələdə ukraynalı Georgi Zantarai ilə qarşılaşıb. O, rəqibinə ippon fəndi ilə qalib gəlib. Şıxəlizadə bürünc medal uğrunda rus Mixail Pulyaevlə görüşəcək. Qarşılaşma saat 20:30-da başlayacaq.

20:06

Səfərov finalda rus Beslan Mudranovla görüşüb və son saniyələrdə rəqibin fəndi təmsilçimizin məğlubiyyətinə səbəb olub. Bununla Orxan Səfərov cüdoda gümüş medal qazandı.

21:04

Nicat Şıxəlizadə bürünc medal uğrunda rus Mixail Pulyaevlə görüşdə məğlub olub.

Tarix
2015.06.25 / 21:04
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Bundestaqın nümayəndələri Şuşa və Xankəndidə

Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi

Ermənistanın cənubu şimalı ilə Naxçıvan vasitəsilə...

Bu razılaşma ilə bağlı problem var, 4 məktub göndərmişik

Tokayev Azərbaycanla bağlı bu sazişi imzaladı

Azərbaycan və Türkiyə hərbçiləri təlimə başladı

Prezident Babişin səfəri ilə bağlı video paylaşdı

İtaliya Naxçıvana hücumu qınadı

Vilayət Eyvazov gürcü həmkarını Bakıya dəvət etdi

Prezident Azərbaycanın iqtisadi vəziyyətindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla