Yuxarı

Boksçularımız 3 qızıl qazandı - Yeniləndi

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Boksçularımız 3 qızıl qazandı - Yeniləndi

Bu gün Avropa Oyunlarında boks yarışları 10 çəki dərəcəsində keçiriləcək görüşlərlə davam edəcək.

Axar.az xəbər verir ki, 5-i yarımfinal, 2-si isə final görüşü olmaqla, 7 boksçumuz rinqə çıxacaq.

Kişilər

52 kq çəki dərəcəsində Elvin Məmişzadə finalda italiyalı Vinçenzo Pikkardi ilə üz-üzə gələcək. Görüş saat 18:45-də başlayacaq.

60 kq çəki dərəcəsində Albert Səlimov yarımfinalda irlandiyalı Sin Makkombunu udmağa çalışacaq. Qarşılaşma saat 13:00-da start götürəcək.

64 kq çəki dərəcəsində Lorenzo Sotomayor finalda italiyalı Vinçenzo Manqiakapre ilə görüşəcək. Boksçular rinqə saat 19:15-də çıxacaq.

69 kq çəki dərəcəsində Pərviz Bağırov yarımfinalda britaniyalı Joş Kelli ilə qüvvəsini sınayacaq. Görüş saat 13:15-də başlayacaq.

75 kq çəki dərəcəsində Xaybula Musalov yarımfinalda macar Zoltan Harksa ilə münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşma saat 14:15-də başlayacaq.

91 kq çəki dərəcəsində Abdulqadir Abdullayev yarımfinalda rus Sadam Maqomedovlə döyüşəcək. Qarşılaşma saat 14:30-da start götürəcək.

Qadınlar

60 kq çəki dərəcəsində Yana Alekseyevna yarımfinalda London Olimpiadasının qalibi irlandiyalı Keti Teylorla döyüşəcək. Görüş 12:45-də başlayacaq.

13:00

Yana Alekseyevna yarımfinalda London Olimpiadasının qalibi irlandiyalı Keti Teylorla döyüşüb. O, rəqibinə 2-1 məğlub olub.

13:16

Albert Səlimov yarımfinalda irlandiyalı Sin Makkombu ilə görüşüb. O, rəqibinə 3-0 qalib gəlib və finala yüksəlib.

14:04

Pərviz Bağırov yarımfinalda britaniyalı Joş Kelli ilə qüvvəsini sınayıb. O, rəqibinə qalib gəlib və finala yüksəlib.

14:22

Xaybula Musalov yarımfinalda macar Zoltan Harksa ilə münasibətlərinə aydınlıq gətirib. O, rəqibinə 2-1 qalib gəlib və finala yüksəlib.

14:55

91 kq çəki dərəcəsində Abdulqadir Abdullayev yarımfinalda rus Sadam Maqomedovlə döyüşüb. O, rəqibinə 3-0 qalib gəlib və finala yüksəlib. Onun finaldakı rəqibi erməni əsilli ukraynalı Gevork Manukiyan olacaq. Görüş sabah 19:45-də baş tutacaq.

18:35

Bu gün qadınların mübarizəsində 51-54 kiloqram çəki dərəcəsində fəxri kürsüyə yüksələnlərin adına aydınlıq gəlib. Final qarşılaşmasında Rusiya idmançısı Yelena Saveleva italiyalı Marzia Davideni 3:0 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.

Bu çəki dərəcəsində bürünc medallar Azərbaycan boksçusu Anna Əlimərdanova və almaniyalı Azize Nimaniyə nəsib olub.

18:59

52 kq çəki dərəcəsində Elvin Məmişzadə finalda italiyalı Vinçenzo Pikkardini 3-0 hesabı ilə məğlub edərək qızıl medala sahib olub.

Azərbaycan Prezidenti İlham Əliyev də Elvin Məmişzadənin döyüşünü canlı izləyib.

19:20

64 kq çəki dərəcəsində Lorenzo Sotomayor finalda italiyalı Vinçenzo Manqiakapre ilə görüşür.

19:26

64 kq çəki dərəcəsində Lorenzo Sotomayor finalda italiyalı Vinçenzo Manqiakapre ilə görüşdə qalib gəldi. Bununla bokçsumuz komanda aktivinə 2-ci qızılı yazdırdı.

Tarix
2015.06.26 / 20:19
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla