Yuxarı

Cüdoçularımız uğursuz çıxış etdi - Canlı yayım

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cüdoçularımız uğursuz çıxış etdi - Canlı yayım

Bu gün Avropa Oyunlarında 4 çəki dərəcəsində cüdo yarışları davam edəcək.

Axar.az xəbər verir ki, 5 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.

Kişilər

73 kq çəki dərəcəsində Rüstəm Orucov 1/16 finalda alman Kristofer Voelk və çex Yaromir Yezek cütünün qalibi ilə qarşılaşacaq. Görüş 11:54-də başlayacaq.

Qadınlar

63 kq çəki dərəcəsində Xanım Hüseynova 1/16 finalda makedoniya cüdoçusu Nikolosko Katerina ilə münasibətlərinə aydınlıq gətirəcək. Görüş 11:36-da start götürəcək.

Eyni çəkidə Nuriyyə Axundova 1/16 finalda polşalı Aqata Ozdoba ilə görüşəcək. Qarşılaşma 11:42-də başlayacaq.

70 kq çəki dərəcəsində Nərgiz İbrahimova 1/16 finalda xorvatiyalı Barbara Matiçi sınağa çəkəcək. Görüş 12:06-ya təsadüf edəcək.

Eyni çəkidə Validə Mirzəzadə 1/16 finalda belçikalı Roksana Teymansla qarşılaşacaq. Qarşılaşma saat 12:18-də başlayacaq.

11:38

63 kq çəki dərəcəsində Xanım Hüseynova 1/16 finalda makedoniya cüdoçusu Nikolosko Katerina ilə münasibətlərinə aydınlıq gətirib. O, rəqibinə qalib gəlib və növbəti mərhələyə adlayıb.

11:50

Nuriyyə Axundova 1/16 finalda polşalı Aqata Ozdoba ippon fəndi ilə məğlub olub.

***

Rüstəm Orucov 1/16 finalda çex Yaromir Yezekə ippon fəndi ilə məğlub olub.

12:10

Validə Mirzəzadə 1/16 finalda belçikalı Roksana Teymansla qarşılaşıb. O, rəqibinə ippon fəndi ilə məğlub olub.

***

Nərgiz İbrahimova 1/16 finalda xorvatiyalı Barbara Matiçə ippon fəndi ilə məğlub olub.

***

1/8 finalda -63 kq çəki dərəcəsində qadın cüdoçumuz Xanım Hüseynova Fransa idmançısı Agbegnenau Klarislə qarşılaşıb. Təmsilçimiz elə ilk dəqiqədən rəqibin ipponuna düşüb.

Tarix
2015.06.26 / 12:10
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Bundestaqın nümayəndələri Şuşa və Xankəndidə

Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi

Ermənistanın cənubu şimalı ilə Naxçıvan vasitəsilə...

Bu razılaşma ilə bağlı problem var, 4 məktub göndərmişik

Tokayev Azərbaycanla bağlı bu sazişi imzaladı

Azərbaycan və Türkiyə hərbçiləri təlimə başladı

Prezident Babişin səfəri ilə bağlı video paylaşdı

İtaliya Naxçıvana hücumu qınadı

Vilayət Eyvazov gürcü həmkarını Bakıya dəvət etdi

Prezident Azərbaycanın iqtisadi vəziyyətindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla