Yuxarı

Zəkiyev də qızıl qazandı - Yeniləndi

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəkiyev də qızıl qazandı - Yeniləndi

Bu gün Avropa Oyunlarında 2 çəki dərəcəsində paracüdoçuların yarışı keçiriləcək.

Axar.az xəbər verir ki, 3 paracüdoçumuz medallar uğrunda mübarizə aparacaq.

Kişilər

+90 kq çəki dərəcəsində İlham Zəkiyev yarımfinalda türkiyəli Dursun Hayranla yunan Klimis Papaçristos cütünün qalibi ilə görüşəcək.

Eyni çəkidə Zakir Mislimov 1/4 finalda ukraynalı Aleksandr Pominovla üz-üzə gələcək. Görüş 15:12-də başlayacaq.

Qadınlar

57 kq çəki dərəcəsində Səbinə Abdullayeva 1/4 finalda ispan Maria Merensiano ilə gücünü sınayacaq. Görüş saat 15:00-da start götürəcək.

15:45

57 kq çəki dərəcəsində Səbinə Abdullayeva 1/4 finalda ispan Maria Merensianoya qalib gələrək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda idmançımız ukraynalı Natalya Nikolayçukla qarşılaşacaq

16:18

57 kq çəki dərəcəsində Səbinə Abdullayeva ukraynalı rəqibi Natalya Nikolayçuku məğlub edərək finala yüksəlib.

16:40

+90 kq çəki dərəcəsində İlham Zəkiyev yarımfinalda yunan Klimis Papaçristosa qalib gələrək finala yüksəlib.

18:26

Paralimpiya üzrə qadınlar arasında cüdo yarışlarının -57 kq çəki dərəcəsində azərbaycanlı idmançı Səbinə Abdullayeva ukraynalı rəqibi İrina Çernyakla üz-üzə gələcək. Görüş saat 19:10-da başlayacaq.

Paralimpiya üzrə kişilər arasında cüdo yarışlarının +90 kq çəki dərəcəsində final döyüşündə azərbaycanlı idmançı İlham Zəkiyev ukraynalı Aleksandr Pominovla üz-üzə gələcək. Döyüş saat 19:00-da başlayacaq.

19:06

-57 kq çəki dərəcəsində azərbaycanlı idmançı Səbinə Abdullayeva ukraynalı rəqibi İrina Çernyakla üz-üzə gəlir.

20:21

Abdullayeva finalda İnna Çernyakla döyüşüb. O, ipponla uduzaraq gümüş medala yiyələnib.

20:25

Zakir Mislimov bürünc medal uğrunda Klimis Papaçristosla qarşılaşır.

Qeyd edək ki, Papaçristos millimizin digər üzvü İlham Zəkiyevə məğlub olmuşdu.

20:37

Mislimov komanda yoldaşı kimi Papaçristosa ipponla qalib gəldi. İdmançımız komanda aktivinə bürünc medal yazdırdı.

20:55

İlham Zəkiyev Aleksandr Pominovla final görüşündə qalib gələrək komandamızın növbəti qızıl medalını qazanıb.

Tarix
2015.06.26 / 20:55
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroatxon Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla