Yuxarı

“Azәrbaycan komandası zәfәr günlәrini yaşayır”

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azәrbaycan komandası zәfәr günlәrini yaşayır”

"I Avropa Oyunlarında təmsil olunan Azәrbaycan komandası zәfәr günlәrini yaşayır".

APA-nın mәlumatına görә, bunu gәnclәr vә idman naziri Azad Rәhimov deyib. Onun sözlәrinә görә, 12 gün әrzindә Azәrbaycan reytinqdә 2-ci yerdә qalib:

"Sevinirik ki, bu yer indiyәdək bizdәdir. Dünәn 1 qızıl, 2 gümüş, 3 bürünc qazanmışıq. Әnәnәvi idman növlәri sahәsindә gözlәnilәn nailiyyәtlәrdәn savayı, dünәn qılıncoynatmada böyük qәlәbә oldu. Bünyatova bacılarının nailiyyәti bizi sevindirdi. Növbәti sevindirici mәqam tamaşaçıların marağıdır. İdman qurğularında yerlәrin 70-80 faizi tutulub. Tamaşaçılar bilet alıb oyunları izləyirlər. Yeni idman mәdәniyyәti formalaşır. Könüllülәr dә işi yüksәk sәviyyәdә aparırlar. Bu da yeni formatda olan mәdәniyyәtdir. Mәqsәdlәrdәn biri Azәrbaycanın dünyaya tanıdılması idi. Bu, әsasәn yayım vasitәsi ilә aparılır. Oyunlar 61 kanal vasitәsi ilә dünyanın 145 ölkәsinә yayımlanır. 824 milyon mәnzildә bu oyunlar izlәnilir. Açılış mәrasimi 120 ölkәdә canlı yayımlanıb. Yayım saatları tәxmini Soçi Olimpiya oyunları ilә eynidir. 253 medal komplektindәn 194 medal qazanılıb. 59 dәst medal 2 gün әrzindә idmançılara tәqdim olinacaq. Dünәn gәnclәr arasında üzgüçülük sahәsindә dünya rekordu qırılıb. Bu, onu göstәrir ki, bu sahәdә dә idmançıların sәviyyәsi çox yüksәkdir".

Tarix
2015.06.26 / 11:14
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla