Yuxarı

Millət vəkilindən sürücüləri sevindirən təklif

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkilindən sürücüləri sevindirən təklif

"Oyunlar ərəfəsində peşəsindən asılı olmayaraq avtomobil idarə edən sürücülər və gecə-gündüz yollarda, ən kəskinlər istidə belə, öz vəzifə borcunu yerinə yetirən polislər xüsusi olaraq qeyd edilməlidir".

Axar.az xəbər verir ki, bu barədə deputat Fazil Mustafa yazıb. Millət vəkili bütün sürücülərin Avropa Oyunları ilə əlaqəli yol hərəkətində tətbiq edilən qaydaları pozmağa görə ödəməli olduğu cərimələrin ləğv edilməsini təklif edib:

"I Avropa Oyunların təşkilində, ölkənin imicinin formalaşmasında müxtəlif təbəqələrdən çox sayda vətəndaşımızın xidməti oldu. Bu vətəndaşların içində peşəsindən asılı olmayaraq avtomobil idarə edən sürücülər və gecə-gündüz yollarda, ən kəskin istidə belə, öz vəzifə borcunu yerinə yetirən polislər xüsusi olaraq qeyd edilməlidir. Şəhərə giriş-çıxışın məhdudlaşdırılması, qadağanedici zolaqların tətbiqi ən çox sürücülər üçün narahatlıq yaradırdı. Ancaq sürücülərin əksəriyyəti əslində böyük fədakarlıq göstərdilər, qaydalara əməl edərək yarışlarda daşınmaların normal tənzimlənməsinə yardım etdilər. Avropa Oyunlarında uğurlarımızı və sürücülərin əksəriyyətinin intizamlı davranışını nəzərə alaraq, Oyunlar ərəfəsində və Oyunlar zamanı qadağanedici zolaqlarda hərəkətə görə inzibati məsuliyyət çərçivəsində sürücülərə qarşı başladılan bütün inzibati icraat işləri dayandırılsın, daha anlaşılan dillə desək, bütün sürücülərin Avropa Oyunları ilə əlaqəli yol hərəkətində tətbiq edilən qaydaları pozmağa görə ödəməli olduğu cərimələr ləğv edilsin. Ümid edirəm ki, Daxili İşlər Nazirliyi bu məsələyə anlayışla yanaşacaq və sürücülərə qarşı xoşməramlı bir addım atılacaq".

Tarix
2015.06.26 / 19:50
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla