Yuxarı

Bütün cüdoçularımız məğlub oldu - Canlı yayım

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bütün cüdoçularımız məğlub oldu - Canlı yayım

Bakı 2015 I Avropa Oyunlarında cüdo yarışları davam edir. Bu gün daha 5 çəki dərəcəsində idmançılar mübarizə aparacaq.

Axar.az xəbər verir ki, bu gün 5 cüdoçumuz tatamiyə çıxacaq. Amma bir çəkidə (qadınlar, +78 kq) Azərbaycan təmsilçisi çıxış etməyəcək. Əvəzində bir çəki dərəcəsində iki idmançı ilə təmsil olunacağıq.

Cüdo

27 iyun

Kişilər

90 kq

Ramin Qurbanov mübarizəyə 1/16 finaldan qoşulacaq. Qurbanov bu mərhələdən yarışa qatılacaq portuqaliyalı Çelio Diasla qarşılaşacaq. Görüş saat 13:00-da başlayacaq.

100 kq

Bu çəkidə Azərbaycanın iki güclü cüdoçusu çıxış edəcək. Öncə mübarizəyə Elxan Məmmədov qoşulacaq. Dünya çempionumuz saat 12:24-də 1/16 final görüşünə çıxacaq. 33 yaşlı idmançımızın rəqibi özündən 12 yaş kiçik olan Zlatko Kumriç (Xorvatiya) olacaq.

Bayraqdarımız Elmar Qasımov isə 1/16 finalı azarkeş qismində keçirəcək və növbəti mərhələdəki rəqibini gözləyəcək. O, 1/8 finalda Jorje Fonseka (Portuqaliya) – Qriqori Minaşkin (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan millisinin kapitanının görüşü 13:54-ə təsadüf edəcək.

+100 kq

Bu çəkidə ölkəmizi təmsil edəcək Uşanqi Kokauri 1/16 finalda Matyaz Çerayla (Sloveniya) qarşılaşacaq. Təmsilçimiz saat 12:06-da başlayacaq bu görüşü qalib kimi tamamlaya bilsə, növbəti mərhələdə gürcüstanlı Levani Matiaşvili sınağına çıxacaq.

Qadınlar

78 kq

Qadınların yarışında mübarizə aparacaq Günel Həsənli 1/16 final mərhələsində özündən qat-qat təcrübəli cüdoçu ilə görüşəcək. 18 yaşlı idmançımız dünya və Avropa çempionatlarında dəfələrlə iştirak etmiş Assunta Qaleone (İtaliya) ilə münasibətlərinə aydınlıq gətirəcək. O, saat 12:42-də startı veriləcək görüşdən qalib ayrılarsa, 1/8 finalda London Olimpiya Oyunlarının bürünc mükafatçısı və dünya çempionu titulu olan Odrey Seumeoya (Fransa) rəqib olacaq.

Qeyd edək ki, cüdo yığmamızın aktivində 1 gümüş medal var. 60 kq çəki dərəcəsində Orxan Səfərov finalda məğlub olub.

***

+100 kq çəkidə ölkəmizi təmsil edən Uşanqi Kokauri 1/16 finalda Matyaz Çerayla (Sloveniya) qarşılaşıb və döyüşünü qələbə ilə bitirib. O, görüşün başa çatmasına 57 saniyə qalmış rəqibini ippona salıb. Cüdoçumuz 1/8 finalda gürcüstanlı Levani Matiaşvilini sınağa çəkəcək.

13:04

-90 kq çəki dərəcəsində azərbaycanlı cüdoçu Ramin Qurbanov portuqaliyalı rəqibi Dias Çelionu ippon fəndi ilə məğlub edərək səkkizdəbir finala vəsiqə qazanıb.

13:29

+100 kq çəkidə ölkəmizi təmsil edən Uşanqi Kokauri gürcüstanlı rəqibi Levani Matiaşviliyə ipponla məğlub olub.

13:56

Cüdoçumuz Elxan Məmmədov çexiyalı rəqibi Lukas Krpalekə ipponla mğəlub olaraq mübarizəni dayandırıb.

14:02

-100 kq çəki dərəcəsində azərbaycanlı cüdoçu Elmar Qasımov portuqaliyalı rəqibi Xorxe Fonsekaya da ipponla məğlub olub.

14:33

Ramin Qurbanov 1/8 finalda macar Kristian Tothla görüşüb. O, rəqibinə məğlub olub.

Tarix
2015.06.27 / 14:33
Müəllif
Əli Taleh
Digər xəbərlər

Onlar Azərbaycana yalvarırlar! – Vuçiç

44 günlük savaşda “əlaqələrimi” işə salmağa çalışdım...

Şövkət Mirziyayev də Azərbaycana gəldi

İlham Əliyev Serbiyanın böyük dostudur - Vuçiç

Sadır Japarov Azərbaycana gəldi

İlham Əliyev Bolqarıstan prezidenti ilə görüşdü

Budeyvi də ölkəmizə səfərə gəldi

Ticarət dövriyyəmiz indikindən 5 dəfə çox olmalıdır - Vuçiç

İlham Əliyev Aleksandr Vuçiçlə görüşdü

Mavriki prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla