Yuxarı

İlham Əliyev iki görüş keçirdi

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev iki görüş keçirdi

15:59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Lixtenşteyn parlamentinin sədri Albert Friki qəbul edib.

Axar.az xəbər verir ki, Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısını təbrik edən Lixtenşteyn parlamentinin sədri Albert Frik bütün iştirakçılara, o cümlədən Lixtenşteyn idmançılarına yaradılan şəraitə görə minnətdarlığını ifadə etdi. Albert Frik ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğuladı. Azərbaycanda və Lixtenşteyndə mövcud olan siyasi və iqtisadi sabitliyin önəmini qeyd edən qonaq iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu dedi.

Birinci Avropa Oyunlarının əhəmiyyətinə toxunan dövlətimizin başçısı bu Oyunları Avropanın idman tarixində böyük hadisə kimi dəyərləndirdi. Prezident İlham Əliyev qeyd etdi ki, beynəlxalq Olimpiya Komitəsinin üzvləri və bütün qonaqlar birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini və bu Oyunların Yay Olimpiya Oyunları səviyyəsində olduğunu bildirirlər. Dövlətimizin başçısı Azərbaycanın Lixtenşteyn ilə ikitərəfli münasibətləri genişləndirməkdə maraqlı olduğunu dedi. Ölkələrimiz arasında münasibətlərin siyasi, iqtisadi, sərmayə qoyuluşu, parlamentlərarası əlaqələr və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayan Prezident İlham Əliyev əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və nəzərdən keçirilməsinin önəmini qeyd etdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Sosialist İnternasionalının baş katibi Luis Ayalanı qəbul edib.

Sosialist İnternasionalının baş katibi Luis Ayala ölkəmizdə birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu və yarışların dünyada maraqla izlənildiyini vurğuladı. O, Azərbaycan idmançılarının çoxlu medal qazanmalarının önəmini qeyd etdi.

Dövlətimizin başçısı bu mötəbər idman yarışında Avropanın 50 Olimpiya komitəsinin, 6 minə yaxın idmançının və xeyli sayda qonaqların iştirakının əhəmiyyətini vurğuladı.

Görüşdə birinci Avropa Oyunlarının xalqlar arasında əlaqələrin genişləndirilməsi işinə verdiyi töhfənin əhəmiyyəti qeyd olundu, Azərbaycan-Sosialist İnternasionalı əməkdaşlığının perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Tarix
2015.06.27 / 16:29
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla