Yuxarı

"Bağlanış mərasimi dünyanı heyran edəcək"

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bağlanış mərasimi dünyanı heyran edəcək"

İyunun 27-də Milli Olimpiya Komitəsində (MOK) birinci Avropa Oyunları yarışlarında medal qazanan idmançılarımızla ənənəvi görüş keçirilib.

Azərtac xəbər verir ki, görüşdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Olimpiya çempionları Elnur Məmmədli və Lyudmila Şubina, eləcə də idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan idmançılarının birinci Avropa Oyunlarında əldə etdikləri nailiyyətlərdən söhbət açılıb. Məlumat verilib ki, birinci Avropa Oyunlarının 15-ci günü də idmançılarımızın parlaq qələbələri ilə yadda qalıb. Onlar iyunun 26-da - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günündə 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq xalqımıza ikiqat sevinc bəxş ediblər. Hesabına 5 mükafat əlavə edən Azərbaycan yığmasının aktivindəki medalların sayı 52-yə çatıb. Azərbaycan 18 qızıl, 14 gümüş və 20 bürünc medalla komanda hesabında ikinci pillədəki mövqeyini qoruyub. Belə bir möhtəşəm idman yarışmasının Azərbaycanda yüksək səviyyədə keçirilməsinə görə Prezident İlham Əliyevə və "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarlıq ifadə olunub.

Qalibləri təbrik edən MOK-un vitse-prezidenti Ç.Hüseynzadə vurğulayıb ki, "Bakı-2015" birinci Avropa Oyunları dünya idman tarixinə qızıl hərflərlə yazılacaq. "Hər gün Avropadan gələn qonaqlarla söhbət edirik. "Bakı-2015" haqqında onlardan ancaq xoş sözlər eşidirik. Sabah birinci Avropa Oyunlarının başlanış mərasiminə toplaşacağıq. İnanıram ki, açılış mərasimi kimi, bağlanış mərasimi də dünyanı heyran edəcək", - deyə Ç.Hüseynzadə bildirib. O deyib: "Dünən ən fərəhli hadisələrdən biri baş verdi. Azərbaycan paralimpiyaçısı İlham Zəkiyev yenidən öz gücünü bütün dünyaya nümayiş etdirdi və birinci Avropa Oyunlarının çempionu oldu. Prezident İlham Əliyev ona qızıl medalı təqdim edəndə həyəcanlı dəqiqələr yaşandı. Gözünün işığını Qarabağda – torpaqlarımızın müdafiəsi uğrunda itirən İlham Zəkiyev dünən möhkəm iradəsi olduğunu bir daha göstərdi. O, sübut etdi ki, heç vaxt məğlub olmur, həyatda da, idmanda da qalibdir."

Sonra birinci Avropa Oyunlarının mükafatçıları İlham Zəkiyev, Elvin Məmişzadə, Kollazo Sotomayor, Səbinə Abdullayeva və Zakir Müslümova MOK-un hədiyyələri təqdim olunub.

Tarix
2015.06.27 / 16:42
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla