Yuxarı

Boksçularımızdan möhtəşəm çıxış: 6 qızıl, 1 gümüş, 4 bürünc

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Boksçularımızdan möhtəşəm çıxış: 6 qızıl, 1 gümüş, 4 bürünc

Bu gün Avropa Oyunlarında boks yarışlarına yekun vurulacaq.

Axar.az xəbər verir ki, son yarış günündə 5 çəki dərəcəsində final qarşılaşması keçiriləcək. 4 boksçumuz qızıl medallar uğrunda mübarizə aparacaq.

60 kq çəki dərəcəsində Albert Səlimov finalda fransalı Sofian Oumina ilə döyüşəcək. Rio Olimpiadasına lisenziyanı təmin edən Səlimov özündən 9 yaş kiçik olan fransalı ilə görüşə saat 18:15-də çıxacaq.

69 kq çəki dərəcəsində Pərviz Bağırov Avropa Oyunlarının qızıl medalına yiyələnmək üçün finalda rusiyalı Aleksandr Besputinə qalib gəlməyə çalışacaq. Gənc boksçumuzun döyüşü saat 18:45-ə təsadüf edəcək.

75 kq çəki dərəcəsində Xaybula Musalovu finalda çətin sınaq gözləyir. İdmançımız gənclər arasında bir neçə mükafata nail olmuş 22 yaşlı Maykl Reylli ilə üz-üzə gələcək. Xaybula irlandiyalıya qarşı 19:15-də rinqə çıxacaq.

91 kq çəki dərəcəsində Abdulqadir Abdullayev üçün həlledici görüş prinsipial olacaq. O, Ukraynanı təmsil edən erməni əsilli Qevorq Manukyanla döyüşəcək. Abdullayevin görüşü 19:45-də baş tutacaq.

Qeyd edək ki, boks yığmamızın aktivində 3 qızıl, 3 bürünc medal var.

18:50

Albert Səlimov finalda fransalı Sofian Oumina ilə döyüşüb. O, rəqibinə qalib gəlib və qızıl medalı qazanıb.

19:20

69 kq çəki dərəcəsində Pərviz Bağırov finalda rusiyalı Aleksandr Besputinə qalib gəldi. Bununla Bağırov növbəti qızıl medalımızı qazandı.

19:48

Boks yarışlarında kişilər arasında orta çəki (75kq) üzrə final görüşü keçirilib.

Axar.az xəbər verir ki, həmyerlimiz Xaybula Musalov İrlandiya təmsilçisi Maykl Oreilli ilə qarşılaşıb.

Rinqdə böyük üstünlüyə sahib olan irlandiyalı idmançı 2:1 hesabı ilə qalib gələrək I Avropa Oyunlarının qalibi olub.

20:03

İlk Avropa Oyunlarında boks yarışlarının son günündə final mərhələsində 91 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Abdulqadir Abdullayev texniki qələbə qazanaraq qızıl medala sahib çıxıb.

Ukrayna boksçusu Georg Manukyan zədə aldığı üçün rinqə çıxmayıb.

Beləliklə, Azərbaycan idmançıları ilk Avropa Oyunlarında 21-ci qızıl medalı qazandılar.

Tarix
2015.06.27 / 20:18
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla