Yuxarı

Millimiz 60-a doğru, Rusiya 160-ı adladı - Siyahı

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-2015 I Avropa Oyunlarının XVI günü rekord sayda – 27 medal dəstinin sahibi müəyyənləşib. Bu gün 27 mükafat dəsti 6 idman növündə oynanılıb.

Axar.az xəbər verir ki, Rusiya medallarının sayını 161-ə çatdırıb. Şimal qonşumuzun aktivində 78 qızıl, 40 gümüş, 43 bürünc var. Siyahıda 2-ci olan Azərbaycan 21 qızıl, 15 gümüş, 20 bürüncə sahibdir. İlk üçlükdə olan Böyük Britaniya 18 qızıl, 10 gümüş, 19 bürünc medala sahibdir.

27 iyun

Boks:

91 kq çəki dərəcəsində Abdulqadir Abdullayev, 69 kq çəki dərəcəsində Pərviz Bağırov, 60 kq çəki dərəcəsində Albert Səlimov qızıl medal sahibi olub. 75 kq çəki dərəcəsində Xaybula Musalov isə gümüş medal qazanıb.

26 iyun

Boks:


52 kq çəki dərəcəsində Elvin Məmişzadə və 64 kq çəki dərəcəsində Lorenzo Sotomayor qızıl, 60 kq çəki dərəcəsində Yana Alekseyevna isə bürünc medal sahibi olub.

Paracüdo:

+90 kq çəki dərəcəsində İlham Zəkiyev qızıl, -57 kq çəki dərəcəsində azərbaycanlı idmançı Səbinə Abdullayeva gümüş, Zakir Mislimov isə bürünc medal qazanıb.

25 iyun

Boks:


81 kq çəki dərəcəsində Teymur Məmmədov qızıl medal qazanıb. +91 kq çəki dərəcəsində Məhəmmədrəsul Məcidov yarımfinalda rus Qasan Gimbatovla görüşməli idi. Lakin boksçumuz zədəli olduğu üçün görüşə çıxmayıb və təmsilçimizin bürünc medal alması rəsmiləşib. Anna Əlimərdanova da yarımfinalda rus Yelena Saveleva ilə görüşdə məğlub olsa da, medalsız qalmayıb.

Cüdo:

60 kq çəki dərəcəsində Orxan Səfərov gümüş medal əldə edib.

Qılıncoynatma:

Sevil Bünyatova finalda polşalı rəqibinə məğlub olub və gümüş medalla kifayətlənib. Sevilin əkiz bacısı Sevinc isə bürünc medal qazanıb.

23 iyun

Boks:


56 kq çəki dərəcəsində Tayfur Əliyev yarımfinalda rus boksçu Bəxtovar Nazirovla görüşdə məğlub olsa da, bürünc medalı təmin edib.

22 iyun

Atletika:


Kişilər arasında 3000 m məsafəyə qaçış yarışları yekunlaşıb. Azərbaycan təmsilçisi Hayle İbrahimov 7:54.14 göstərici ilə ilk pilləni tutub.

Sambo:

Nəzakət Xəlilova, İslam Qasımov, Alim Qasımov və Vasif Səfərbəyov gümüş medal qazanıb.

21 iyun

Atletika:

Kişilər arasında 1500 m məsafəyə qaçışın qalibi həmyerlimiz Hayle İbrahimov olub. O 3:49.69 saniyə nəticə ilə I Avropa Oyunlarının qızıl mükafatını qazanıb. Qadınlar arasında 3000 m maneəli qaçış üzrə qalib Azərbaycan idmançısı Beji Çaltu olub. Çaltu Avropa Oyunlarının qızıl mükafatına yiyələnib.

Gimnastika:

Həmyerlimiz İlya Qrişunin 58,765 xalla bürünc medal qazanıb. Marina Durunda isə 18,200 xal toplamaqla gümüş medala sahib çıxıb.

20 iyun

Gimnastika:


Təmsilçimiz Oleq Stepko 1 qızıl, 2 gümüş, 2 bürünc qazanıb. Stepko bir günə 5 medal qazanmaqla I Avropa Oyunlarının tarixinə keçib.

19 iyun

Taekvondo:

+80 kq çəkidə I Avropa Oyunlarının qalibi təmsilçimiz Radik İsayev olub.

18 iyun

Gimnastika:


Kişilərin yarışında çıxış edən Oleq Stepko Avropa Oyunlarının gümüş mükafatına layiq görülüb.

Güləş:

Güləş yarışlarının son günündə Camaləddin Maqomedov, Ruslan Dibirhacıyev və Hacı Əliyev öz çəki dərəcələrində bürünc medal əldə ediblər.

Taekvondo:

Kişilər arasında 80 kq çəki dərəcəsində təmsilçimiz Milad Beygi Harçeqani qızıl, qadınlar arasında 67 kq çəki dərəcəsində Fəridə Əzizova gümüş medal qazandı.

17 iyun

Güləş:


65 kq çəki dərəcəsində Toğrul Əsgərov, 97 kq çəki dərəcəsində təmsilçimiz Xetaq Qazyumov qızıl medal qazanıb. Digər güləşçimiz 74 kq çəki dərəcəsində Cəbrayıl Həsənov isə bürünc medala yiyələnib.

Taekvando:

68 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Tağızadə taekvandoçularımızın 1-ci qızıl medalına sahib çıxıb.
16 iyun

Güləş:

53 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz Anjela Doroqan qızıl medal qazanıb.

Avarçəkmə:

Təmsilçimiz Valentin Demyanenko Avropa Oyunlarının gümüş mükafatını qazanıb. O, kanoeçilərin 200 metr məsafəyə yarışında 40,142 saniyə nəticə ilə 2-ci olub.

Taekvando:

Millimizin üzvü 49 kq dərəcəsində Abakarova Patimat bürünc medal qazanıb.

15 iyun

Güləş:


Qadın güləşçilərdən ibarət millimizin üzvü 48 kq çəki dərəcəsində çıxış edən Mariya Stadnik qızıl medal qazanıb. Onun komanda yoldaşı 55 kq çəki dərəcəsində çıxış edən Natalya Sinişin isə bürünc medal əldə edə bilib.

Gimnastika:

İdman gimnastikası üzrə kişilərdən ibarət Azərbaycan yığması bürünc medalı qazanıb. Oleq Stepko, Eldar Səfərov və Petro Paxnyukdan ibarət Azərbaycan komandası 174.195 xalla üçüncü yeri tutub.

14 iyun

Güləş:


Millimizin heyətində Elvin Mürsəliyev çempion olub, Sabah Şəriəti ikinci, Həsən Əliyev üçüncü yeri tutub.

Karate:

Karate üzrə millimizin heyətində Ayxan Mamayev, İrina Zaretska qızıl medalı komanda aktivinə yazdırmağı bacarıb.

Triatlon:

Rostislav Pevtsov da yarışların 3-cü günü komandamızın medal sayını artırıb. O bürünc medalla kifayətlənməli olub.

13 iyun

Karate:


Həmyerlimiz Rafael Ağayev İtaliya idmançısı Luiqi Busa ilə qarşılaşıb. Qələbə çalan həmyerlimiz qızıl medala sahib olub.

***

Azərbaycanlı idmançı Firdovsi Fərzəliyev özünün italiyalı rəqibini 4:0 hesabı ilə məğlub edərək, qızıl medalın sahibi olub.

***

Bürünc medal uğrunda 55 kq çəkidə azərbaycanlı idmançı İlahə Qasımova və İspaniya təmsilçisi Qarsia Ferrer 5:2 hesabıyla məğlub edərək bürünc medalın sahibi olub.

***

Azərbaycanlı idmançı Niyazi Əliyev özünün almaniyalı rəqibini 3:1 hesabı ilə məğlub edərək bürünc medalın sahibi olub.

Güləş:

Yunan-Roma güləşi üzrə 71 kq çəki dərəcəsində güləşçimiz Rəsul Çunayev finalda macar güləşçi Korpası Balintlə görüşüb və 3-1 hesablı qələbə əldə edərək qızıl medala sahib çıxıb.

***

Yunan-Roma güləşi üzrə 80 kq çəki dərəcəsində güləşçimiz Rafiq Hüseynov finalda rus güləşçi Yevgeni Saleyevə məğlub olaraq gümüş medal qazanıb.

***

Yunan-Roma güləşi üzrə 98 kq çəki dərəcəsində güləşçimiz Orxan Nuriyev bürünc medal uğrunda türkiyəli güləşçi İldem Cenkə məğlub olub və komanda aktivinə medal yazdıra bilməyib.


***

Elman Muxtarov erməni güləşçini 4-1 hesabı ilə məğlub edərək bürünc medal əldə edib.

Tarix
2015.06.27 / 23:37
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla