Yuxarı

Cüdo: Fransa qızılları evinə apardı – Canlı yayım

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cüdo: Fransa qızılları evinə apardı – Canlı yayım

I Avropa Oyunları çərçivəsində cüdo üzrə son yarışlar keçirilir.

Axar.az xəbər verir ki, bu gün qadınlar və kişilər arasında komanda oyunları çərçivəsində 2 dəst medal oynanılacaq.

Qeyd edək ki, Azərbaycanın cüdo üzrə yığması zədələr səbəbindən komanda yarışlarında iştirakdan imtina edib.

14:17

Cüdoda bürünc medal uğrunda qadınların komanda yarışları başlayıb. Komanda yarışlarında İtaliya və Rusiya, Slovakiya və Macarıstan komandaları qarşı-qarşıyadır.

14:31

Qadınlar arasında komanda yarışlarında İtaliya Rusiyanı 3-2 hesabı ilə məğlub edərək, bürünc medalların sahibi olub.

14:33

Qadınlar arasında komanda yarışlarında Sloveniya Macarıstanı 3:2 hesabı ilə məğlub etdi. Bununla da növbəti bürünc medalın sahibi Sloveniya oldu.

14:40

Cüdoda qızıl medal uğrunda qadınların komanda yarışları başlayıb. Finalda Almaniya və Fransa komandaları üz-üzədir.

15:00

Cüdoda qızıl medal uğrunda qadınların komanda yarışları başa çatıb. Fransa Almaniyanı 4-1 hesabı ilə məğllub edərək qızıl medalların sahibi olub.

15:33

Cüdoda bürünc medallar uğrunda kişilərin komanda yarışları başa çatıb. Görüşdə Rusiya Almaniyanı, Ukrayna isə Macarıstanı 3-2 hesabı ilə məğlub edib. Bürünc medalların sahibi Rusiya və Ukrayna komandaları olub.

16:06

Cüdoda qızıl medallar uğrunda kişilərin komanda yarışları başa çatıb. Fransa cüdoçuları Gürcüstanı 4-1 hesabıyla məğlub edərək qızıl medalların sahibi olublar.

Tarix
2015.06.28 / 16:06
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla