Yuxarı

Putin Rusiya yığmasını təbrik etdi - Foto

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Rusiya yığmasını təbrik etdi - Foto

Rusiya prezidenti Vladimir Putin Bakı-2015 Avropa Oyunlarında birinci yeri tutan Rusiya idmançılarına təbrik məktubu göndərib.

Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində yaradılmış Azarkeş Evindən APA-ya verilən məlumata görə, təbriki idmançılara Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov çatdırıb.

Təbrikdə deyilir:

"Hörmətli dostlar! Rusiya Birinci Olimpiya Oyunlarında qeyri-rəsmi komanda hesabında qalib olub. Bizim yığmamız ölkə idmanında yeni parlaq səhifə yazıb və çox vacib yüksəkliyi fəth edib. Sizləri təbrik edirəm! Əhsən!

Yarışlar gərgin keçib. Uğur təkcə şəxsi ustalıqdan yox, psixoloji dayanaqlılıq, komandanın birliyi və iradə gücündən asılı idi. Siz tam mənası ilə bu xüsusiyyətləri nümayiş etdirdiniz. Məşqçilərinizə, sizlərə Bakıdakı yarışlarda layiqincə çıxış etməkdə yardımçı olmuş bütün hər kəsə xüsusi təşəkkürlərini çatdırıram. Sizlər birlikdə sübut etdiniz ki, bizim yığmamızın böyük potensialı və yaxşı ehtiyatları var. Əminəm ki, bu, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək XXXI Olimpiya Oyunlarında Rusiyanın uğurlu iştirakının təminatıdır.

Bir daha sizləri zəfər münasibətilə təbrik edirəm! Sağlamlıq və yeni qələbələr arzulayıram".

Tarix
2015.06.28 / 18:11
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla