Yuxarı

Sumqayıt yazarları haqda mühüm kitab – Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıt yazarları haqda mühüm kitab – Foto

Sumqayıt Poeziya Evində Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi, Ə.Kərim adına Poeziya Evinin və AYB Sumqayıt bölməsinin təşkilatçılığı ilə görkəmli tənqidçi, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Vaqif Yusiflinin “Sumqayıtda ədəbi həyat” adlı kitabının təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı “Sumqayıtda ədəbi həyat” kitabı və onun nəşrə hazırlanması, çapı ilə bağlı ətraflı məlumat verib.

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva ölkəmizin mədəni dəyərlərinin dövlətimiz tərəfindən yüksək səviyyədə qorunmasından və dünyada tanıdılması yönündə görülən genişmiqyaslı layihələrdən söz açıb.

Təqdimatda çıxış edən yazarlardan Ofelya Babayeva, Əvəz Mahmud Lələdağ, Rafiq Yusifoğlu, Namiq Məna, Gülnarə Cəmaləddin, Qənirə Mehdixanlı, Rafiq Oday, Zirəddin Qafarlı, Rəfiqə Şəms, Günel Eyvazlı, Rəfail Laçınlı, Almaz Bəyazid, məktəbli yazar Gülnaz Nağızadə kitabın nəşrində əməyi keçənlərə təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda kitabın müəllifi Vaqif Yusifli Azərbaycanda çağdaş ədəbi proses barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və “Sumqayıtda ədəbi həyat” kitabının yazılması barədə danışıb.

Qeyd edək ki, kitab millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin dəstəyilə çap edilib.

Tarix
2019.06.24 / 17:57
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla