Yuxarı

Professorun Polad Həşimova həsr etdiyi kitab

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Professorun Polad Həşimova həsr etdiyi kitab

Əməkdar elm xadimi Qəzənfər Paşayevin Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun əziz xatirəsinə ithaf etdiyi “QƏBƏLƏ keçmişdə və günümüzdə” kitabının təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, təqdimat “Azərkitab” kitab mərkəzində baş tutub.

Millət vəkilləri Qənirə Paşayeva, Vüqar İsgəndərov, Arzu Nağıyev professor Qəzənfər Paşayevin öncəki əsərlərinə, özəlliklə məşhur “6 il Dəclə-Fərat sahillərində” kitabına istinad edib, yeni əsərini də axarlı üslubda yazdığını, çoxsaylı faktları oxucunu yormadan maraqlı bir şəkildə təqdim etdiyini vurğulayıb. Millət vəkilləri əsərdə Qəbələnin etnoqrafiya dünyasının ümumazərbaycan etnoqrafiyası kontekstində gündəmə gətirildiyini və tədqiqat süzgəcindən keçirildiyini deyiblər.

Şəhid general, Milli Qəhrəman Polad Həşimovun anası Səmayə xanım Həşimova oğlunun şərəfinə yazılmış kitaba və təqdimata görə Qəzənfər Paşayevə, onu ayaq üstə qarşılayan və alqışlayan bütün tədbir iştirakçılara təşəkkürünü bildirib, ürək sözlərini söyləyib.

Sonda kitabın müəllifi Qəzənfər Paşayev çıxış edərək, təqdimata görə təşkilatçılara, çıxışçılara və bütün iştirakçılara təşəkkür edib.

Q.Paşayev kitabını iştirakçılar üçün imzalayıb.

Tarix
2021.12.27 / 16:30
Müəllif
Kult.az
Digər xəbərlər

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ələkbərovdan Ukraynanın dağıtdığı zavodlarla bağlı açıqlama

Prezidentin HDQ qərargahını ziyarətinə dair videoçarx...

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu - Foto

İlham Əliyev III Msvatini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla