Yuxarı

Qadağan olunan əsəri ona dünya şöhrəti gətirdi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qadağan olunan əsəri ona dünya şöhrəti gətirdi

Qazaxıstanın xalq yazıçısı, ictimai xadim, türk dünyasının parlaq şəxslərindən olan Oljas Süleymenovun 18 mayda 86 yaşı tamam olub.

Kult.az O.Süleymenov haqda bəzi maraqlı məlumatları təqdim edir:

* Oljas Süleymenov 1959-cu ildən çap olunur. 1962-ci ildən isə onun “Köçərilər və Rus” mövzusunda etimoloji qaynaqlara əsaslanan ilk fundamental əsəri dərc olunub.

* Ona dünya şöhrətini “Az-Ya” əsəri qazandırıb.

* “Az-Ya” əsəri 1976-cı ilin fevralında Moskvada SSRİ Elmlər Akademiyasında aparılan müzakirələrdən sonra qadağan olunub. Yazıçı əsərdəki slavyan xalqının ən qədim salnamə əsəri olan "İqor polku dastanı”nın türkizmlərlə dolu nadir tarixi abidə olduğu yazırdı. Əsərdə bir çox türk mənşəli sözlərin ilkin mənalarda qaldığını vurğulaması, o cümlədən slavyan mənşəli deyə qəbul edilən türkizmlərə aydınlıq gətirməsi o dövrdə narazılığa səbəb olmuşdu.

* Yazıçı 1989-cu ildə “Nevada-Semipalatinsk” nüvə əleyhinə təbliğat aparan hərəkatın və Qazaxıstan Xalq Konqresi Partiyasının əsasını qoyur.

* O.Süleymenov 2006-cı ilin ortalarından Qazaxıstan Respublikasının UNESKO-dakı daimi nümayəndəsi seçilib. O, həmçinin Qazaxıstanın İtaliyada səfiri olub. Yazıçı Anar bu barədə danışarkən deyib ki, O.Süleymenov səfir olmağa İtaliyanın qədim sakinləri etrusklara görə razı olub. Çünki yazıçının fərziyyəsinə əsasən, etrusklar genetik olaraq əski türklərə bağlı xalqdır.

* Yazıçının “Türklər tarixdən qabaq” və “1001” əsərini “Az-Ya”nın davamı hesab etmək olar.

* Müsahibələrinin birində yazıçı “Təkrar oxunacaq kitabları yazmaq üçün nə etmək lazımdır sualına” belə cavab verir: “Yazmaq! Dayanmadan yazmaq! Nə qədər çətin olsa da, yazmaq! Kitabın ulduzunun yenidən doğmasını gözləmədən yazmaq! Bütün inkişaf edən dünyanı, həyatı, bəşəriyyəti sözə çevirmək! Yalnız bu zaman kitabın ulduzu doğacaq”.

* Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə Oljas Süleymenov Azərbaycanın “Şərəf” ordeni ilə təltif olunub.

Tarix
2022.05.19 / 15:32
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Aralıq və Egeydə 22 milyon ton neftayırma potensialımız olacaq

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

“Qızıl Azərbaycan”a zərbə: bu görüntü təəccüb doğurdu - Video

İsrail 160 tələbəni niyə öldürdü? - Xəritə

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Qərbi Azərbaycanın 2 şəhərində 5 hədəfə zərbə endirildi

İrandan təxliyə üçün Bakıya neçə ölkə müraciət edib?

Prezident Dan Yorgenseni qəbul etdi

Bürc Xəlifəyə zərbə: Bu görüntü hər kəsi aldadır - Video

İlham Əliyev Bolqarıstan prezidentinə məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla