Yuxarı

Bir qrup gənc şair bu şəhərimizdə toplandı

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir qrup gənc şair bu şəhərimizdə toplandı

AYB Sumqayıt bölməsi və N.Gəncəvi adına Kitabxana Klubun birgə təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Gənclərin söz dünyası” adlı tədbir keçirilib.

Kult.az xəbər verir ki, bu barədə AYB Sumqayıt bölməsi məlumat yayıb.

N.Gəncəvi adına Kitabxana Klubda keçirilən görüşdə gənc şairlər - Aygün Yaşar, Elşad Xaqan, Gülnar Ümid, Elvin İntiqamoğlu, Ümid Abbas iştirak edib.

N.Gəncəvi adına Kitabxana Klubun müdiri Ülviyyə Quliyeva gənclərin həyatımızdakı rolu və vəzifələrindən danışıb.

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin beynəlxalq miqyasda qeyd edilən Gənclər Gününün əhəmiyyətindən söz açaraq, gəncləri təbrik edib.

Şəhid anası Ruhiyyə Əhmədova, S.Vurğun adına Mərkəzi Kitabxananın direktoru Natəvan Axundzadə, yazıçı Mənsurə Xələfbəyli, gənc yazıçı Amin Namazlı və şair Vüsal Ağayev çıxış edərək, belə tədbirlərin keçirilməsinin gənclərin yaradıcılığına olan diqqət və qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırıblar.

Sonra şairlər şeirlərini oxuyub, oxucuların çoxsaylı suallarını cavablandırıblar.

Tarix
2022.08.16 / 00:56
Müəllif
Aygün Yaşar
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla