Yuxarı

“Ustad” dərgisinin təqdimatı keçiriləcək – Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ustad” dərgisinin təqdimatı keçiriləcək – Foto

Fevralın 27-si, saat 16:00-da Kitabevim.az kitab marketində "Hədəf Nəşrləri"nin təsis etdiyi "Ustad" ədəbiyyat və sənət dərgisinin ilk sayının təqdimatı keçiriləcək.

Axar.az xəbər verir ki, ayda bir dəfə çap olunması planlaşdırılan dərgidə kino, teatr, musiqi və sənətin digər sahələrində məqalələr, araşdırmalar, həmçinin yeni əsərlər yayımlanır.

Dərginin baş redaktoru Şəmil Sadiq, redaktoru isə Nərgiz Cabbarlıdır.

"Ustad"ın ilk sayında İsa Həbibbəylinin "Ustadlığa doğru", Nizami Cəfərovun "Ədəbiyyatın müstəqilliyindən müstəqilliyin ədəbiyyatına", Alxan Bayramoğlunun "Dövlət himnimizin söz və mətninin müəllifi kimdir", Qan Turalının "Ustad", Elxan Nəcəfovun "Sufilikdən bir az" məqalələri dərc edilib.

Bununla yanaşı, dərgidə Nərgiz Cabbarlının Rübabə Muradova haqqında "Bir mahnının müəmması, yaxud naməlum gəncin sevgi məktubu", Şəmil Sadiqin "Türk hökmdarlarının sözü və qılıncı", Dilqəm Əhmədin "Kəmalüddövlə tvitləri", Salvador Dali "Rənglərin söhbəti", Fərid Hüseynlinin "Cizgi roman nədir", Səma Fuadqızının "İtkin düşmüş Köpək" araşdırma və təhlil yazıları yer alıb.

"Ustad"ın ilk sayının ədəbiyyat bölümündə Aslan Quliyevin "Gülümsəyən qız", Kənan Hacının "Siçovullar üçün darıxan gəmi", Müşfiq Xanın "Naşir", Cəlil Cavanşirin "Əyyubun səbri", Azad Qaradərəlinin "Tanış olmayan yazı" yeni hekayələri, Andre Moruadan "Yaşamaq elmi haqqında gənc dostuma məktub", Haruki Murakamidən "Yeddinci adam", Viktorin Orinin "Diş ağrısı, yaxud zavallı Matoren" yeni tərcümələri, Məmməd Arif və Şahmar Əkbərzadənin "Səməd Vurğun haqqında dərc olunmamış xatirələr", Elxan Zalın "Böyük çölün böyük oğlu", Rəsmiyyə Sabirin yeni şeirləri, Vidadi Babanlı ilə müsahibə – "Mən sovet dövrünün yazıçısıyam!" yazıları çap edilib.

Tarix
2016.02.25 / 11:29
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Ərdoğan TDT-nin XİN başçılarını qəbul etdi

Efiopiyanın baş naziri İlham Əliyevə zəng etdi

Türkiyə Azərbaycanla bağlı xəbərdarlıq etdi

Tramp İranla məşğuldur, Rusiyaya “güzəşt” başladı

Rusiyadan Azərbaycan və İrana çağırış

Liviya lideri də İlham Əliyevə zəng etdi

Bakının bu addımı İrana dərs olacaq - Ekspert

Bayramov TDT Baş katibi ilə İran hücumunu müzakirə etdi

Bayram Beqay İlham Əliyevə zəng etdi

Vətəndaşlarımızın ölkəyə qaytarılması: XİN-dən açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla