Yuxarı

Rusiya ilə gömrük əməkdaşlığı müzakirə edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya ilə gömrük əməkdaşlığı müzakirə edildi

İyulun 4-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin arasında keçirilən görüşdə Azərbaycan Rusiya gömrük əməkdaşlığının inkişaf dinamikası ətraflı müzakirə edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, görüşdə iki ölkənin gömrük orqanlarının qarşılıqlı əlaqələrindən söhbət açılıb, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Rusiya əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub.

Eyni zamanda, ötən il tərəflər arasında imzalanan, Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac edilən bəzi kənd təsərrüfatı mallarının gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsinə şərait yaradan "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Rusiya Federasiyası Federal Gömrük Xidməti arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında Protokol"a uyğun olaraq şimal sərhədində bu növ malların qonşu ölkəyə keçirilməsində "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiq olunduğu məmnunluqla xatırlanıb, bu istiqamətdə gələcəkdə hər hansı problemlərin yaşanmaması ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Tarix
2016.07.04 / 22:44
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla