Yuxarı

Azərbaycan ən təhlükəsiz dövlətlərdən biridir - İsrail

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan ən təhlükəsiz dövlətlərdən biridir - İsrail

Azərbaycanda ictimai asayişin, sabitliyin yüksək səviyyədə qorunmasında, ölkə vətəndaşları ilə bərabər əcnəbilərin də təhlükəsizliyinin təmin olunmasında daxili işlər orqanlarının əməkdaşları böyük əmək sərf edirlər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, bu fikirlər iyulun 5-də Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov ilə İsrailin ölkəmizdəki səfiri Dan Stav arasında keçirilən görüşdə səslənib.

R.Usubov xalqlarımız arasında əlaqələrin dərin qatlara və qədim tarixə malik olduğunu, dünyada multikultural dəyərlərin hökm sürdüyü ölkə kimi tanınan respublikamızda müxtəlif millətlərin, o cümlədən yəhudilərin əsrlər boyu tolerant mühitdə, dostluq və mehribanlıq şəraitində yaşadıqlarını, ikitərəfli münasibətlərin qurulmasında ulu öndər Heydər Əliyevin mühüm rolunu vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin və İsrail Dövləti rəhbərlərinin siyasi iradəsi nəticəsində bu əməkdaşlığın daha da dərinləşdiyi diqqətə çatdırılıb.

Sonra diplomata DİN-in strukturu, əsas fəaliyyət istiqamətləri, müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində torpaqlarımızın işğalı, ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçirilən tədbirlər, cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlar və mövcud kriminogen durum barədə məlumat verib.

Son illər polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının İsraildə keçirilən müxtəlif təlim və treninqlərə cəlb edildiklərini, öz peşəkarlıqlarını və ixtisaslarını daha da artırdıqları, İsrailin aidiyyəti strukturları ilə işgüzar əlaqələrin olduğu diqqətə çatdırılıb. Hər iki ölkənin Daxili İşlər nazirlikləri səviyyəsində əlaqələrin genişləndirilməsi məqsədilə "Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında daxili və ictimai təhlükəsizlik məsələlərində əməkdaşlıq haqqında Saziş" layihəsinin hazırlanaraq qarşı tərəfə təqdim olunduğu bildirilib.

Problemlərə toxunularkən xüsusən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq və narkotiklərin qanunsuz dövriyyəsinin diqqət mərkəzində dayandığı, onlara qarşı yalnız birgə səylərlə mübarizə aparılmasının vacibliyi qeyd edilib.

Səfir Dan Stav bir neçə gün əvvəl qeyd olunan Azərbaycan Polisi Günü, habelə Ramazan bayramı münasibətilə təbriklərini çatdırıb. Diplomat ictimai asayişin, sabitliyin yüksək səviyyədə qorunmasında, ölkə vətəndaşları ilə bərabər əcnəbilərin də təhlükəsizliyinin təmini istiqamətində daxili işlər orqanları əməkdaşlarının böyük əmək sərf etdiklərini, bu gün respublikamızın ən təhlükəsiz dövlətlərindən biri olduğunu vurğulayıb.

O, ölkəmizdə diplomatik fəaliyyəti müddətində iki dövlətin müvafiq strukturları arasında əməkdaşlığın daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini nəzərə çatdırıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Tarix
2016.07.06 / 00:06
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla