Yuxarı

Kremlin Zəngəzurla bağlı şərtləri - Paşinyan cavab verəcək!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kremlin Zəngəzurla bağlı şərtləri - Paşinyan cavab verəcək!

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksey Fadeyevin “Ermənistanın Zəngəzur vilayəti üzərindən kommunikasiya xətlərinin açılması zamanı rusiyalı sərhədçilərin mövcudluğu nəzərə alınmalıdır” açıqlamasından ilk növbədə Baş nazir Nikol Paşinyan narahat olmalı və Ermənistan Xarici İşlər Nazirliyi vasitəsilə ona (oxu: Kremlə) cavab verilməlidir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

“Rusiyalı rəsmilər bir tərəfdən “Vaşinqton razılaşmasının detallarını öyrənirik” deyərkən, son günlər İrəvana xəbərdarlıq mesajları göndərməyə başlayıblar. Birincisi, söyləyirlər ki, Ermənistan Avrasiya İqtisadi Birliyinə üzvlüyü nəzərə alınmalıdır. Yəni rusiyalı rəsmilər və diplomatlar bununla demək istəyirlər ki, Zəngəzur dəhlizi Avrasiya İqtisadi Birliyinin inteqrasiya modelinə uyğun olmalıdır. Bunun nə dərəcədə məntiqli istək olduğunu İrəvan birlikdəki tərəfdaşlarına izah etməlidir.

İkincisi, rusiyalı rəsmilər və diplomatlar Vaşinqton razılaşmasının 9/10 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı ortaq bəyanata uyğunlaşdırılması vacibliyini səsləndirirlər. Bu da məntiqli istək deyil. Vaşinqton razılaşması 9/10 noyabr razılaşmasını qüvvədən düşdüyü anlamına gəlir.

Rusiya rəsmilərinin və diplomatlarının İrəvana növbəti mesajı “Ermənistan-İran sərhədində rusiyalı sərhədçilərin dayandığını nəzərə alın” şəklindədir. Paşinyan bundan da çıxış yolu tapa bilər. Baş nazir necə ki İrəvan hava limanında xidmət edən rusiyalı sərhədçiləri evlərinə göndərdi, eləcə də Ermənistan-İran sərhədindəki rusiyalı hərbçilərin xidmətindən imtina edə bilər”, - o qeyd edib.

Tarix
2025.08.13 / 21:40
Müəllif
Axar.az
Digər xəbərlər

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla