Yuxarı

Razılaşma Zelenskinin reytinqinə zərbə olacaq - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezident Donald Trampın Ağ Evdə Ukrayna Prezidenti Vladimir Zelenski və Avropa dövlətlərinin liderləri ilə görüşdən çıxan əsas iki nəticədən danışmaq mümkündür. Birincisi, Ukrayna Prezidenti ərazi mübadiləsinin müzakirəsinin əleyhinə deyil. Ancaq o bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinlə təkbətək və Trampın iştirakı ilə üçtərəfli görüşün nəticələrini gözləmək istəyir. İkincisi, Ağ Ev sahibi müharibə dayandırıldıqdan sonra Ukraynaya təhlükəsizlik təminatının veriləcəyini bildirib.

Axar.az xəbər verir ki, bu sözləri Elxan Şahinoğlu qeyd edib.

“Bu o deməkdir ki, NATO üzvlüyü xaricində Ukraynaya elə bir təhlükəsizlik təminatı verilməlidir ki, Rusiyanın gələcəkdə Ukrayna ərazilərinə iddiası və ya hərbi müdaxiləsi mümkün olmasın. Trampın açıqlamalarından görünən odur ki, ABŞ Ukraynanın təhlükəsizliyini təminat altına almaq üçün bu ölkəyə qoşun hissələri göndərməyəcək. Bu məsələni Avropa dövlətləri öz aralarında həll etməlidir. Kiyev üçün təhlükəsizlik təminatı və Rusiyadan qorunmağın yolu bu ölkədə Qərb ölkələrinin hərbi bazalarının yerləşdirilməsidir. Ağ Ev bunun maliyələşməsində iştirak etməyəcək, bu yükü Avropa dövlətləri daşımalı olacaqlar.

Rusiya Prezidenti Vladimir Putin Donald Trampla Alyaskadakı görüşdə istədiyi əraziləri aldıqdan sonra Qərb ölkələrinin Ukraynaya təhlükəsizlik təminatının verilməsinin əleyhinə olmadığını söyləyib. Bu o deməkdir ki, Kreml sahibi Avropa ölkələrinin bir qrupunun Ukraynada hərbi bazalarının yerləşdirilməsinin əleyhinə olmayacaq. Əsas məsələ müharibənin dayandırılması üçün “ərazi mübadiləsinin” hansı prinsip üzrə həyata keçiriləcəyidir. Rusiya 4 bölgəni – Donetsk, Luqansk, Xerson və Zaporojyenin tamamını işğal etməyə çalışır. Belə bir versiya var ki, Vladimir Zelenski bu ərazilərin işğal olunan hissəsindən imtina mövzusunu müzakirə etməyə hazırdır. Çünki Ukrayna üçün bundan sonra işğal altındakı əraziləri geri qaytarmaq çox çətin olacaq. Ancaq Ukrayna bu itkilərini heç zaman hüquqi olaraq tanımayacaq. Bu, Krıma da aiddir. Əgər Zelenski müharibəni dayandırmaq və razılaşma əldə etmək üçün belə bir ağrılı qərara imza atacaqsa, bu, Ukrayna Konstitusiyasına zidd olacaq. Zelenski Konstitusiyanı dəyişdirmək üçün referendum keçirməli olacaq. Ümumiyyətlə mümkün razılaşma Vladimir Zelenskinin reytinqinə zərbə olacaq və Ukraynada gələcək razılaşmadan narazıların sayı çox olacaq.

Hadisələrin başqa istiqamətdə inkişafı da mümkündür. Zelenski Putinlə gələcək görüşdən nəticə əldə etməsə, müharibə davam edəcək. Avropa ölkələri Ukraynanın Rusiya qarşısında məğlub olmasını istəmirlərsə, bu ölkəyə maliyyə və hərbi dəstəyi artırmalı olacaqlar. Bu halda müharibəyə bu və ya digər formada qarışan ölkələrin resursları tükənməkdə davam edəcək. Hansı tərəfin insani və hərbi rüsursları daha sürətlə tükənərsə, həmin tərəfin məğlubiyyət günü yaxınlaşacaq”- politoloq qeyd edib.

Tarix
2025.08.19 / 12:11
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

İlham Əliyev Cared Koheni qəbul etdi

İrəvan və Tehran dəhliz məsələsini müzakirə etdi

Azərbaycan strateji körpü rolunu oynayır - Mirziyayev

Konspirasiya nəzəriyyələri iflasa uğradı - Paşinyan

Prezident bu ölkənin səfirini də qəbul etdi

İlham Əliyev İsrailin yeni səfrini qəbul etdi - Foto

Bakı xəbərdarlıq etmişdi, Kreml SOCAR-ı qəsdən vurdu, nəticə...

SOCAR-ın vurulan obyektlərinin bərpası... - Kuleba

Zəngəzur dəhlizi İran üçün yeni fürsətdir - Zərif

SOCAR-ın bazasına hücum: Zelenskidən reaksiya…

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla