Yuxarı

İrəvanı Moskva asılılığından Bakı xilas edəcək - Sekuta

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanı Moskva asılılığından Bakı xilas edəcək - Sekuta

Azərbaycan neft-qazının Ermənistana tədarükü İrəvanı Rusiyanın enerji asılılığından qurtaracaq.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Azərbaycan və Ermənistan arasında avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmanı “Energy Intelligence”ə şərh edərkən deyib.

“Regiondakı son inkişaflardan sonra Azərbaycan neft-qazının Ermənistana tədarükü İrəvanı Rusiyanın Ermənistanın enerji təchizatı ilə bağlı sıxışdırmasına alternativ təmin edəcək”, - diplomat bildirib.

Həmçinin Sekuta hesab edir ki, regionu həqiqətən dəyişdirməyə qadir, çoxdan arzulanan, Türkmənistan qazını Azərbaycan üzərindən Avropaya çatdıran Transxəzər boru kəməridir.

Keçmiş səfir əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın son həmləsi Vaşinqtonun bir-biri ilə sıx bağlı olan Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında fəaliyyətində nəzərəçarpacaq addımdır.

Tarix
2025.08.23 / 15:45
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla