18:15
Prezident İlham Əliyev "YUNESKO üzrə Azərbaycan
Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15
sentyabr tarixli 1006 nömrəli Sərəncamında dəyişikliklər edilməsi
barədə sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
qərara alıram:
"YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə
bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli
Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2005, № 9, maddə 826; 2006, № 9, maddə 743; 2014, № 9, maddə 1027;
2015, № 3, maddə 286) 3-cü hissəsinin "Komissiya sədrinin
müavinləri" bölməsində "Əli Abbasov" sözləri "Ramin Quluzadə"
sözləri ilə, "Komissiyanın üzvləri" bölməsində "Samir Nuriyev"
sözləri "Əsgər Ələkbərov" sözləri ilə əvəz edilsin.
***
İlham Əliyev "Daşınmaz əmlakın dövlət reyestri haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 297-VQD
nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq,
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan
Respublikasının 2016-cı il 14 iyun tarixli 297-VQD nömrəli
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Daşınmaz əmlakın dövlət
reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Daşınmaz əmlakın dövlət reyestri haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
***
İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş
"Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi"ndə dəyişikliklər
edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr
tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1585) ilə təsdiq edilmiş
"Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi"ndə aşağıdakı
dəyişikliklər edilsin:
1.1. Aşağıdakı məzmunda 2.2.1.3-cü yarımbənd əlavə edilsin:
"2.2.1.3. tam orta təhsil;";
1.2. 4.15.5-ci yarımbənddə "ümumi orta təhsil" sözlərindən sonra
", tam orta təhsil" sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan
irəli gələn digər məsələləri həll etsin.
***
İlham Əliyev "Bədən tərbiyəsi və idman haqqında"
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli
147 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman
imzalayıb.
Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Bədən tərbiyəsi və
idman haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust
tarixli 147 nömrəli Fərmanını "Bədən tərbiyəsi və idman haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 154-VQD
nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
"Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8,
maddə 623; 2015, № 8, maddə 909; 2016, № 3, maddə 527) 2.18-ci
bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz
edilsin və aşağıdakı məzmunda 2.19-cu bənd əlavə edilsin:
"2.19. həmin Qanunun 53-1.5-ci və 53-1.7-ci maddələrində nəzərdə
tutulmuş maliyyə bazarına nəzarət orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası
həyata keçirir.".
18:48
İlham Əliyev "Lotereyalar haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 64 nömrəli
Fərmanında dəyişikliklər edilməsi haqqında fərman
imzalayıb.
Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Lotereyalar
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 4 mart
tarixli 156-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara
alıram:
"Lotereyalar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il
26 may tarixli 64 nömrəli Fərmanında (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004, № 5, maddə 337; 2009, № 3, maddə 163)
aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
"2. Müəyyən edilsin ki:
2.1. "Lotereyalar haqqında" Azərbaycan Respublikası Qanununun
2.0.15-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti
həyata keçirir;
2.2. həmin Qanunun 2.0.15-ci maddəsində "qurum" dedikdə,
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası
nəzərdə tutulur.".
2. 3-cü hissədə "Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi" sözləri
"Maliyyə Bazarlarına Nəzarət Palatası" sözləri ilə əvəz
edilsin.
***
İlham Əliyev "Azərbaycan Respublikasında lotereya
fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 23 noyabr tarixli 599 nömrəli Fərmanında
dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Lotereyalar
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 4 mart
tarixli 156-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara
alıram:
"Azərbaycan Respublikasında lotereya fəaliyyətinin
təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 23 noyabr tarixli 599 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddə 707;
2003, № 10, maddə 585; 2004, № 12, maddə 1004; 2009, № 3, maddə
163; 2014, № 6, maddə 644) aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü hissədə "dövlət nəzarətini" sözləri "nəzarəti" sözü ilə,
"Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi" sözləri "Maliyyə
Bazarlarına Nəzarət Palatası" sözləri ilə əvəz edilsin.
2. 7-ci hissədə "Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi" sözləri
"Maliyyə Bazarlarına Nəzarət Palatası" sözləri ilə əvəz
edilsin.
***
İlham Əliyev "Notariat haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2016-cı il 14 iyun tarixli 296-VQD nömrəli
Qanununun tətbiqi haqqında fərman imzalayıb.
Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Notariat haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 296-VQD
nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun
tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. daşınmaz əmlak barəsində sərəncam verilməsi mexanizminin
tənzimlənməsi sahəsində əldə edilmiş nailiyyətlər nəzərə alınmaqla,
rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının
nümayəndələri tərəfindən müvafiq notariat hərəkətlərinin aparılması
məqsədi ilə onlara daşınmaz əmlakın dövlət reyestri və Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin "Elektron notariat" informasiya
sistemi ilə elektron informasiya mübadiləsi imkanının yaradılması
üçün zəruri tədbirlərin görülməsini üç ay müddətində təmin edib bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Notariat haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı
təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki, rayon, şəhər, şəhər rayonu icra
hakimiyyəti başçısının nümayəndələri torpaq sahələrinin icarəyə və
istifadəyə verilməsi barədə müqaviləni təsdiqlədikdən dərhal sonra
onları elektron informasiya sistemi vasitəsilə, iki iş günü
müddətində isə həmin müqavilənin bir nüsxəsini sifarişli poçt
göndərişi vasitəsilə Azərbaycan Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsinə göndərir.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Notariat haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə məlumat versin.
***
İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan
Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış
daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini
təsdiq edən sənədlərin Siyahısı"nda dəyişikliklər edilməsi barədə
fərman imzalayıb.
Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsinə uyğun olaraq
qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar
tarixli 439 nömrəli Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015, № 1, maddə 15, № 10, maddə 1136) ilə
təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında"
Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və
yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə
edilməsini təsdiq edən sənədlərin Siyahısı"na aşağıdakı
dəyişikliklər edilsin:
1. Siyahının 1-ci hissəsinə aşağıdakı məzmunda 1.11-ci bənd
əlavə edilsin:
"1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən
verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və
qiymətləndirilməsinə aid pasportlar.".
2. Siyahının 2-ci hissəsində aşağıdakı dəyişikliklər
edilsin:
2.1. 2.3-cü bənddə "yaşayış evlərinə" sözlərindən sonra "və (və
ya) onların yerləşdiyi torpaq sahələrinə" sözləri əlavə
edilsin;
2.2. 2.4-cü bənddə "texniki pasportda hüququ müəyyən edən
sənədlərə istinadın olduğu və" sözləri çıxarılsın.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan
irəli gələn məsələləri həll etsin.