Yuxarı

SOCAR-ın biznes inkişafı üçün yekunları təqdim edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR-ın biznes inkişafı üçün yekunları təqdim edildi

Xəbər verdiyimiz kimi, iyulun 9-da Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində SOCAR-ın təşkilatçılığı ilə qəbul keçirilib.

SOCAR-ın mətbuat xidmətindən Axar.az-a bildirilib ki, şirkətin prezidenti Rövnəq Abdullayev, FIFA-nın prezidenti Ciani İnfantino, digər rəsmi şəxslərlə yanaşı futbol əfsanələri Ruud Qullit və Kristian Vierinin də iştirak və çıxış etdikləri qəbulda SOCAR "Avro-2016" ilə tərəfdaşlığının yekunlarını təqdim edib. Bildirilib ki, SOCAR son illərdə xam neftin qiymətinin aşağı düşdüyü şəraitdə belə, həyata keçirdiyi çoxşaxəli investisiya və marketinq strategiyası nəticəsində gəlirliliyini təmin edib. Azərbaycana və Avropa ölkələrinə qoyulan sərmayələri şaquli inteqrasiya prinsipinə əsasən şaxələndirməklə şirkət öz biznesinin inkişafı və ölkənin rifahı üçün möhkəm zəmin yaradıb.

Son illərdə SOCAR xarici ölkələrdə mənfəət gətirən törəmə şirkətlər qurub, bunun da nəticəsində nəhəng transmilli şirkətlər sırasında yer tutmağa nail olub. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Avropa bazarında həyata keçirdiyi əməliyyatların davamlı olmasında maraqlıdır. Avro-2016 kimi möhtəşəm kütləvi tədbir vasitəsilə "SOCAR" brendinin tanıdılması məhz bu məqsədə xidmət edib. Reklam kampaniyası nəticəsində SOCAR-ın məhsullarının beynəlxalq bazarlarda satış həcmi, ilkin hesablamalara görə, 30 faizə qədər yüksəlib.

Televiziya kanalları və canlı izləmələrdə milyardlarla müştərinin diqqəti dəfələrlə "SOCAR" brendinə cəlb olunub ki, bu da gələcəkdə şirkətə məxsus məhsulların bazarlara çıxarılması üçün möhkəm zəmin yaradıb. Parisdə SOCAR-ın azarkeşlər zonasına bir milyondan çox ziyarətçi daxil olub. Yalnız sosial şəbəkələrdə SOCAR-ın paylaşımlarını müxtəlif ölkələrdən olan 90 milyona yaxın istifadəçi izləyib. Marketinq sahəsində əldə edilmiş bu nailiyyətlərin yalnız SOCAR-ın Avro-2016 kimi möhtəşəm bir tədbirlə tərəfdaşlığı sayəsində mümkün olduğu vurğulanıb. Çempionatın sonunda SOCAR-ın Portuqaliya yığmasının gənc futbolçusu Renato Sançezə təqdim etdiyi "Yarışın gənc oyunçusu mükafatı" ən çox diqqət cəlb edən məqamlardan biri olub.

SOCAR xarici bazarlarda biznesini inkişaf etdirmək, brendini tanıtmaq və bununla Azərbaycan xalqının mənfəətini davamlı şəkildə, təmin etməklə yanaşı, Avro-2016-nın futbol sevincini azərbaycanlı azarkeşlərə yaxınlaşdırmaq üçün də bir sıra xüsusi layihələr həyata keçirib. Bakı Olimpiya Stadionunda qurulan "Azarkeşlər zonasında" ilk dəfə olaraq, hamı üçün tam açıq formatda 5 minə yaxın futbolsevərə yarımfinal və final oyunlarında futbol bayramının sevincini birlikdə yaşamaq üçün imkan yaradılıb.

Ən gənc azarkeşlərimiz SOCAR tərəfindən çempionatın final oyununu Parisin "Stad de Frans" stadionunda izləməyə dəvət olunublar. Əsasən öz liqalarının bombardirləri olan, Sumqayıt, Siyəzən, Gəncə, Mingəçevir və Ağsu şəhərlərinin yetirmələri həyatlarında ilk dəfə Avropanın mərkəzində, Parisdə Avropa Çempionatının final matçının həyəcanını canlı yaşayıblar. 9-13 yaşlı Bəhlul, Ümid, Sadiq, Əfqan, Jalə və Selcana bu unudulmaz anları bəxş edən SOCAR-ın prezidenti R.Abdullayev stadionda onları qarşılayaraq şəxsən salamlayıb.

Avro-2016 fürsətindən istifadə edərək, SOCAR bu layihə ilə ölkəmizin bütün uşaq futbolçuları üçün stimul yaratmaq və Azərbaycan futbolunun inkişafına yeni bir təkan vermək məqsədini qarşısına qoyub. Avropadan Azərbaycana iqtisadi mənfəət gətirən SOCAR ölkəmizin gələcəyi olan uşaqların təhsil, idman və sosial inkişaf layihələrini də özünün ən vacib sərmayəsi və sosial məsuliyyətinin ən mühüm aspekti kimi görür.

Tarix
2016.07.11 / 19:15
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İordaniya nümayəndə heyəti ilə görüşdü

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla