Yuxarı

DYP əməkdaşları ilə görüş keçirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
DYP əməkdaşları ilə görüş keçirildi

"Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin nümayəndələri Naftalan şəhərində və Göygöl rayonunda Dövlət Yol Polisi şöbələrinin əməkdaşları ilə görüşlər keçiriblər.

İctimai Birlikdən Axar.az-a bildiriblər ki, görüşlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən "Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında ictimai təşəbbüslərin gücləndirilməsi" layihəsi çərçivəsində təşkil olunub.

Görüşlərdə ekspertlər yol hərəkəti haqqında və inzibati məsuliyyətlə bağlı qanunvericilikdəki yeniliklərə dair DYP əməkdaşları ilə söhbətlər aparıb, sürücülərlə ünsiyyətə daha çox önəm verilməsinin vacibliyini qeyd ediblər. Yol polisi əməkdaşlarına sürücülərlə münasibətlərin daha da təkmilləşdirilməsi, bu sahədə qanunvericiliyin tələblərinin maksimum dərəcədə öyrənilməsi, iş prosesində tətbiqinin faydalılığı və digər məsələlərlə bağlı tövsiyələr verilib.

Sonra hüquqşünas Ərşad Hüseynov, "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Elməddin Muradlı yol polisi əməkdaşlarını maraqlandıran sualları cavablandırıblar.

Layihə çərçivəsində yol polisləri ilə görüşlər davam etdiriləcək.

Tarix
2016.07.15 / 21:07
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla